Məktəb şagirdinin maarifləndirici tədbiri

May ayının 11-də İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin akt zalında talassemiya və digər 4 qan xəstəlikləri ilə bağlı maarifləndirici tədbir keçirilib. Məktəb şagirdinin maarifləndirici tədbiri
Məktəb şagirdinin maarifləndirici tədbiri   Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, aparıcı məsləhətçi Bəhruz Xələfov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva, İsmayıllı Rayon Uşaq Poliklinikasının həkimləri Allahverdi Muradov, Məfruzə Hüseynova, Aygün Muradova, Sona Osmanova, məktəb rəhbərliyi və IX-XI sinif şagirdləri iştirak edib.
Bu sətirlərin müəllifi, məktəbin IX sinif şagirdi Şəhanə Muradovanın hazırladığı qan xəstəlikləri haqqında slaydlar və şəhər Uşaq poliklinikasından lentə alınmış reportaj nümayiş etdirilib. Bildirib ki, tədbirin təşkil olunmasında əsas məqsəd gənclərin maarifləndirilməsidir. Belə ki, gələcəkdə ailə qurmağa hazırlaşan gənclər sözü gedən xəstəliklər barədə məlumatlı olmalı, sağlam nəsil yetişdirməyin vacibliyini dərk etməlidirlər. Elə buna görədir ki, hazırda ailə qurmaq arzusunda olan gənclər mütləq tibbi müayinədən keçməli olurlar.
Tədbirdə həmçinin müalicəsi olmayan qan xəstəliklərindən əziyyət çəkənlərə kömək etməyin vacibliyi məktəbli gənclərin diqqətinə çatdırılıb.
Şəhanə Muradova,
Məktəbin IX sinif şagirdi

Şərh Yaz