Unudulmaz görüş

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi üzvlərindən Oqtay İsmayıllı, Murad Məhərrəmov, Hacıməmməd Məmmədov, Xalıq Yusifoğlu, Nazir Ziya Talıstanlı, Xatın Qəmkar, Mehriban İbrahimova və Şahməmməd Dağlaroğlu ilə görüş keçirilib. Unudulmaz görüş      Murad Məhərrəmov görüşdə həm də İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmisi kimi iştirak edib. İsmayıllı Rayon Təhsil Şöbəsinin metodistləri Nəriman Qəniyev, Rəna Mirzəliyeva da tədbirdə iştirak ediblər.
Şagirdlər İsmayıllı yazarlarının yaradıcılığından şeirlər səsləndiriblər. Yazarlar tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib və şagirdlərə daha çox bədii ədəbiyyat oxumağı tövsiyyə ediblər.
Г‡ıxış edənlər ədəbiyyatımızın tarixindən, bədii yaradıcılığın insan mənəviyyatının formalaşmasındakı rolundan söz açıb və belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıblar.
Qələm sahibləri dəvətə, görüşün təşkilinə və göstərilən diqqətə görə məktəb rəhbərliyinə, məktəbin kitabxanaçısına, ədəbiyyat müəllimlərinə, ümumiyyətlə, tədbirin hazırlanmasında zəhməti olanlara təşəkkür ediblər.
Tədbirin sonunda yazarlar məktəblilərə yeni kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkdiriblər.
Məhbubə Nəbiyeva,
məktəbin kitabxanaçısı

Şərh Yaz