Xoş qoxulu və xeyli ucuz

Yaz günəşi, açılan al-əlvan güllər, quşların şən və aramsız civiltisi artıq qapımızı kəsdirib. Yazın gəlişi ilə yaradıcı insanlar yeni ruhla işlə başlayır, qabiliyyətlərini inkişaf etdirib daha məhsuldar həddə çatırmağa can atırlar.
Xoş qoxulu və xeyli ucuz
Xoş qoxulu və xeyli ucuz       Təbiidir ki, yaradıcılıq axtarışında olan sənətkarlar nələrisə ərsəyə gətirmək üçün gecə-gündüz çalışırlar. Ev şəraitində sabun və bijuteriya hazırlanması, qab-qacağa rəsm çəkilməsi xeyli çətin işdir. Belə işlər ağır olsa da faydalıdır.
Fərdi əməklə məşğul olan qadın ustalarımızdan biri Svetlana Həmzəyevadır. Onun gördüyü iş orjinallığı ilə fərqlənir. Belə ki, onun xüsusi ustalıqla yaratdığı sabunlar ekoloji təmizliyi ilə bərabər, həm də forma etibarı ilə gözoxşayandır. Zövqlə hazırlanan, xoş qoxuya malik sabunlar həm də xeyli ucuzdur.
S.Həmzəyevanın əl işləri ilə maraqlananlar İsmayıllı şəhərindəki “Həcər” qadın geyimləri dükanına müraciət edə bilərlər.
Elnarə

Şərh Yaz