Təhlükəsizlik orqanlarının yaranmasının 98 illiyi qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı Rayon Şöbəsinin əməkdaşları rayon İcra Hakimiyyəti rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Təhlükəsizlik orqanlarının yaranmasının 98 illiyi qeyd olunub
Tədbir rayon İcra Hakimiyyətinin konfrans zalında davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təhlükəsizlik orqanlarının keçdiyi yoldan, ümummilli lider Heydər Əliyevin bu sahədəki ölçüyəgəlməz xidmətlərindən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bugünkü fəaliyyətinin ölkə rəhbərinin diqqəti və qayğısı sayəsində yüksək səviyyədə olduğundan, hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyündən ətraflı danışıb. Bugünkü güclü Azərbaycanın təməlinin məhz Ulu öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib.
M.Sadıqov Təhlükəsizlik Xidməti işçilərini rayonun bütün ictimaiyyəti adından təbrik edib.
Rayon prokuroru Ülvi Abbasov, rayon məhkəməsinin hakimi Azad Əliyev, Rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev və Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayon bölməsinin rəisi İlkin Cəfərov Dövlət Təhlükəsizlik Xidməti Rayon Şöbəsinin əməkdaşlarını təbrik ediblər. Onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıblar.
Təhlükəsizlik orqanlarının yaranmasının 98 illiyi qeyd olunub
DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev rayon rəhbərliyinə, ünvanlarına təbrik deyənlərə təşəkkürünü bildirib. O, DTX-nin qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin çox olduğunu vurğulayıb. Ölkəmizin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq-mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin qarşıda duran vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.
Şahməmməd Soltanov

Şərh Yaz