İctimaiyyətin kütləvi ziyarəti

İki mindən çox İsmayıllı sakini, çoxsaylı məktəblilər 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü qeyd etmək üçün “Ana harayı – Soyqırımı” abidəsini ziyarət etdi.
İctimaiyyətin kütləvi ziyarəti
Rayon İcra Hakimiyyətinin rəhbərliyi abidənin önünə tər qızılgül dəstələri qoydu.
Sonra tədbir başlandı. Dövlət qulluğu veteranı Valeh Salehov hüznlü mitinqi açaraq tarixi düşmənlərimiz olan ermənilərin iki əsr müddətində xalqımızı məruz qoyduğu soyqırımı hadisələrindən, qətliamlarından, işğalçılıq siyasətindən, bütün bu cinayətlərinə görə havadarlarına arxalanaraq beynəlxalq miqyasda hələ də cavab verməməsindən danışdı.
İctimaiyyətin kütləvi ziyarəti
Bütün dövrlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, tarix müəllimi Xalid Mürşüdov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Sədəf Mikayılova çıxış etdilər.
Г‡ıxış edənlər 1918-ci il, ondan əvvəlki və sonrakı soyqırımı hadisələrindən,”İslam Həmrəyliyi İli”ndə ölkəmizin, vətənimizin, Dövlətimizin taleyi ilə bağlı bütün məsələlərdə həmrəy olmağın vacibliyindən danışdılar. Sonda “Soyqırımı” abidəsi kütləvi ziyarət olundu.
Azər Bədəlov

Şərh Yaz