Üç ayın yekunları və qarşıda duran vəzifələr

Aprel ayının 14-də rayonun 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Üç ayın yekunları və qarşıda duran vəzifələr
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib. Müzakirələrdə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şirvan bölgə şöbəsinin əməkdaşı Elnur Mehdiyev və Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarverdiyevin çıxışları dinlənilib.
Məruzə və çıxışlardakı təkliflər, tənqidi qeydlər nəzərə alınmaqla hesabat iclası qərar qəbul edib.
İclasın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz