Həyat səviyyəsi gündən-günə yaxşılaşır

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə İsmayıllı şəhərinin Aşağıbaş məhəlləsində vətəndaşlarla səyyar görüş-qəbul keçirilib.
Həyat səviyyəsi gündən-günə yaxşılaşır
RİH-nin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin qayğı və diqqəti ilə ölkədə, o cümlədən İsmayıllıda həyata keçirilən tikinti-quruculuq işləri barədə geniş məlumat verib, bildirib ki, son illər cənab Prezident rayona üç dəfə səfər etmiş və hər səfər İsmayıllının tarixində əlamətdar hadisələrlə yadda qalmışdır. Rayonumuzun inkişafı bu səfərlərdən sonra daha da sürətlənmişdir. Azərbaycanın bütün regionları kimi, İsmayıllı da gündən-günə dəyişir, gözəlləşir. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Həyat səviyyəsi gündən-günə yaxşılaşır
Sonra vətəndaşlar dinlənilib. Г‡ıxış edənlər görülmüş işlərə görə minnətdarlıq etməklə, həlli vacib olan bir sıra məsələlərdən danışıblar.
Əhalisinin sayı 1044 nəfər, 231 evin, 315 təsərrüfatın olduğu məhəllədə Cavad Məmmədov adına asfaltlaşdırılmış küçənin təmiri, köhnə elektrik transformatorunun və dirəklərin yenisi ilə əvəz olunması, ərazidən keçən Əyri çayın üzərində körpü qurulması, məktəb yolunun asfaltlaşdırılması, eləcə də məhəllədaxili küçələrin çınqıllanması kimi problemlər çıxışlarda əksini tapıb.
Görüş-qəbulda çıxış edən M.Sadıqov Prezidentin rəhbərliyi ilə son illər Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi uğurları, beynəlxalq nüfuzunun gücləndiyini, dövlət proqramlarının icrası nəticəsində əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb.
İsmayıllı rayonunda görülmüş işlər barədə danışan başçı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, verilən təkliflərin nəzərə alınacağını qeyd edib və bu barədə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz