Vacib məsələlər diqqətə çatdırılıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədovun iştirakı ilə 11 aprel 2017-ci il tarixdə Qalacıq kəndində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov sakinlərlə səyyar görüş-qəbul keçirib.
Vacib məsələlər diqqətə çatdırılıb
Qəbulda ölkədə gedən inkişafdan, vətəndaşlara göstərilən diqqət və qayğıdan söz açılıb. Söhbət əsnasında kənd sakinləri üzləşdikləri bəzi sosial problemi dilə gətiriblər. Onlar çıxışlarında kənd yolunun asfaltlaşdırılmasının başa çatdırılmasını, kəndə təbii qazın çəkilməsini, Qalacıq çayı üzərindəki körpünün əsaslı təmir olunmasını, kənddə uşaq bağçası üçün bina tikilməsini, kəndin çaya tərəf olan hissəsində sel sularından qorunmaq üçün bəndin qurulmasını xahiş ediblər.
Vacib məsələlər diqqətə çatdırılıb
Г‡əmənli kəndində məktəbin açılmasının vacib məsələ olması da diqqətə çatdırılıb.
Sakinlər tərəfindən edilən müraciətlərlə bağlı RİH başçısı aidiyyəti idarələrin rəhbərlərinə lazımi tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz