Diqqət və qayğıdan razılıq

Sumağallı kəndi İsmayıllının inkişafda olan yaşayış məntəqələrindəndir. Kənd əhalisinin təbii artımı göstərir ki, kənddəki gənclər kifayət qədər işgüzardırlar və iş dalınca uzaq yerlərə getməyə o qədər də üstünlük vermirlər. Torpağa, halal zəhmətə bağlılıq bu kənddə yaşayanların süfrəsini bərəkətli, dolanışığını rahat edib.
Diqqət və qayğıdan razılıq
Aprel ayının 11-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədovla bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin sakinləri ilə görüşüb. Sakinlər son illərdə yaşadıqları kəndə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıq ediblər. Həmçinin bildiriblər ki, kəndin mərkəzindən keçən, Qarasu adlanan çayın üzərində körpü salınmasına, kənd məscidinə təbii qazın və elektrik enerjisinin verilməsinə, Sumağallı kənd tam orta məktəbi daxilində elektrik xətlərinin təmirinə, uşaq bağçasında əlavə qrupun açılmasına, magistral yolun kənarında kənd təsərrüfatı məhsullarının satışı üçün “Fermer” mağazasının tikintisinə ehtiyac vardır.
Ş.Soltanov

Şərh Yaz