Qarşıda duran vəzifələrin icrasına çalışacağıq

2017-ci il aprel ayının 4-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov rayonun Hacıhətəmli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Rayonun böyük kəndlərindən olan Hacıhətəmlidə 632 təsərrüfatda 2758 nəfər yaşayır. Kənddə evlərin sayı 383-dür.
Qarşıda duran vəzifələrin icrasına çalışacağıq
Qəbula gələn kənd sakinləri sırasından çıxış edənlər son dövr üçün rayonda və kənd ərazisində görülən quruculuq işlərinə görə rəhbərliyə sakinlər adından minnətdarlıq bildirdilər.
Г‡ıxışlardan məlum oldu ki kənddə qəzalı vəziyyətdə olan 13 yüksək gərginlikli və 20 ədəd kənddaxili elektrik dirəyinin dəyişdirilməsinə, subarteziyan quyusunun qazılmasına, eləcə də standartlara uyğun futbol meydançasının tikintisinə ehtiyac vardır.
Г‡ıxışlarda qeyd olundu ki, kəndin qızlardan ibarət futbol komandası respublika çemrionu olub. Bu uğuru davam etdirmək üçün lazım olan şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Sakinlər rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqova kəndin sosial problemlərinin həllinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirdilər və qarşıda duran vəzifələrin icrasına var qüvvələri ilə çalışacaqlarını bildirdilər.
RİH başçısı M.Sadıqov xidmət təşkilatlarının rəhbərləri ilə problemlərin həlli istiqamətində fikir mübadiləsi etdi və onların həlli üçün lazımi göstəriş və tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh Yaz