Problemlərin həllinə ümidvardırlar

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Mollaisaqlı kəndində səyyar görüş-qəbul keçirib.
Problemlərin həllinə ümidvardırlar
Səyyar qəbulda son illərdə respublikada və rayonda görülən, bir sıra sosial və iqtisadi əhəmiyyət kəsb edən quruculuq işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.
Görüşdə çıxış edən sakinlər yaşadıqları ərazidə mövcud olan problemləri dilə gətiriblər.
Г‡ıxışlardan bəlli olub ki, kənddə poçt, uşaq bağçası, folklor evinin, tibb məntəqəsinin, yerli icra nümayəndəliyi üçün inzibati binanın, su anbarının tikintisinə ehtiyac vardır. Sakinlər kənddaxili elektrik dirəklərinin dəyişdirilməsinin vacibliyini dilə gətirib və onların həllinə ümidvar olduqlarını bildiriblər.
Müraciətləri dinləyən RİH başçısı M.Sadıqov onların həlli üçün müvafiq qurumlara aidiyyəti tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz