İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyasının İsmayıllı RayonTəşkilatı Gənclər Birliyinin rayonun bütün tələbə və gənclərinə müraciəti

Hörmətli İsmayıllı gəncləri!
Əziz tələbə və şagirdlər!
Bu günlərdə yığıncaq keçirib, ünvanınıza birgə müraciət etməklə qərara aldıq ki, hamılıqla – gənclər, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, ümumtəhsil məktəblərimizin və İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri olaraq bir mövqedən çıxış edək.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyasının İsmayıllı RayonTəşkilatı Gənclər Birliyinin rayonun bütün tələbə və gənclərinə müraciəti
Bəllidir ki, heç bir xammal, təbii (yeraltı və yerüstü) sərvət tükənməz deyil. Ölkədə xammal ehtiyatını artırmağın ən optimal yolu təkrar istehsaldan keçir. Bunun üçün üzərimizə böyük missiya düşür. Qərara gəlmişik ki, kütləvi qaydada kağız və karton tullantılarının, istifadə olunmuş plastik qabların, onların hissə və parçalarının toplanmasına başlayaq.
Rayon üçün vacib olan bir sıra məsələlərinin həllində xüsusi fəallıqla iştirak edən – orta, peşə və orta-ixtisas təhsili alan gənclərə bu işdə də böyük ümid bəsləyirik.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyasının İsmayıllı RayonTəşkilatı Gənclər Birliyinin rayonun bütün tələbə və gənclərinə müraciəti
Bilirik ki, hər biriniz iqtisadiyyatımızın inkişafında əhəmiyyətli rolu olan vəzifələrin həllində nümunəvi hərəkət edəcəksiniz.
İştirakınızla çeşidli tullantıları toplayıb təhvil verməklə həm təkrar istehsal üçün xammal ehtiyatı yaratmış olacaq, həm də şəhərimizi, qəsəbə və kəndlərimizi təmiz saxlayacağıq.
Onu da diqqətinizə çatdırırıq ki, böyük yaşayış məntəqələrində yol kənarına müxtəlif növ məişət tullantıları üçün fərqli qutular qoyacaq, onlardan düzgün istifadə etməklə kağız və plastik material toplanmasında fəal iştirak etmiş olacağıq.
Əziz İsmayıllı gəncləri – tələbələri və şagirdləri!
İnanırıq ki, Sizlərə ünvanladığımız müraciəti səmimi qəbul edəcək, çağırışımıza qoşulacaq və xammal tədarükündə səylə iştirak edəcəksiniz.
İrəli! İş başına, dostlar!
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi,
Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatı Gənclər Birliyi

Şərh Yaz