Əlaçı şagirdlər idarəetməyə cəlb edilir

(Yeni təcrübə)

Bu günlərdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasında “Rayonda gənclərin sərbəst peşə seçimi, bölgənin sosial-iqtisadi inkişafına və tələb olunan sahələrə uyğun karyera axtarışına istiqamətləndirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında” məsələ müzakirə edilib. RİH başçısı -Şura sədri Mirdaməd Sadıqovun təklifi əsasında Rayon Təhsil Şöbəsi ilə Gənclər və İdman İdarəsinin nəzdində yaradılmış Əlaçılar Şurasının üzvləri də dəvət olunmuşdu.
Əlaçı şagirdlər idarəetməyə cəlb edilir
Əsas məqsəd isə şagirdləri idarəetməyə, düzgün karyera axtarışı və peşə yönümünə, təsərrüfatçılığa cəlb etmək idi.
Məsələnin müzakirəsi ilə əlaqədar mütəxəssislərin, İsmayıllı Peşə Tədris Mərkəzi direktorunun, rayon Məşğulluq Mərkəzi direktorunun və başqa sahə rəhbərlərinin çıxışları dinlənildi. RİH-nin başçısı-Şura sədri əlaçı şagirdlərin Şura iclasına dəvət olunmasının əsas məqsədini şərh etdi. Gənclərin, əlaçı şagirdlərin idarəetməni və təsərrüfatçılığı öyrənməsi və onlarda iştirakı yollarını göstərdi.
* Əlaçı şagirdlərə müraciət edərək dedi ki, baxın öyrənin, növbəti şura iclaslarının birini siz aparacaqsınız;
* Əlaçı şagirdlərdən ibarət “Gənclər parlameti” yaratmaq;
* Rayon İcra Hakimiyyəti daxil olmaqla rayonun bütün təşkilatlarının bir günlük idarə olunmasını gənclərə tapşırmaq;
* İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera mərkəzi” yaratmaq, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər planı hazırlamaq;
* “Gənc təsərrüfatçılar məktəbi”nin işini yenidən təşkil etmək və canlandırmaq;
* “İctimai idarəetmə Şurası”nı təsis etmək, onu işlək bir ictimai quruma çevirmək;
* Kənd təsərrüfatı və turizm istiqamətində peşə yönümü təbliğatını səmərəli təşkil etmək
Bu və ya digər təkliflər Şura iclasının iştirakçıları tərəfindən geniş müzakirə olunub və hər birinin icrası üçün ilkin yollar müəyyənləşdirilib.
Müzakirələrin yekunu olaraq Şura iclasından iştirak edən şagirdlər ilk idarəetmə dərsi alıblar.
Əlaçı şagirdlərin birinci rayon Forumunda yaradılmış Əlaçılar Şurası ilk olduğu kimi Şuranın idarəetməyə cəlb olunması yeni təcrübə-ilk başlanğıc oldu.
Namiq Kərimov

Şərh Yaz