Gəncə, Şəmkir və Göygöl bölgəsinə səfər

İsmayıllı rayon məktəblərinin 40 nəfər IX-XI sinif şagirdinin, onlarla birgə 5 nəfər bələdçi müəllimin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Respublikamızın Gəncə, Şəmkir və Göygöl bölgəsinə səfəri nəzərdə tutulmuşdu.
Gəncə, Şəmkir və Göygöl bölgəsinə səfər
23 mart 2017-ci il tarixdə səfərə hazırlaşan tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə tur-aksiya iştirakçıları ilə görüş keçirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova görüşü açaraq qeyd edib ki, “Ölkəmizi tanıyaq” layihəsi Prezident İlham Əliyevin yetişən nəslə, gənclərə, təhsil sisteminə böyük hədiyyəsi və bəxşişidir. Ölkəmizi dünya miqyasında tanıdan cənab Prezident şagirdlərin də öz ölkəsini tanımaları üçün çox gözəl şərait yaradıb. Maarifləndirici tur-aksiyada iştirak edən şagirdlərimiz bu imkandan, bu şəraitdən maksimum faydalanmalı, səfərdə olacaqları rayonlardan ən zəngin təəssüratlarla qayıtmalıdırlar.
Gəncə, Şəmkir və Göygöl bölgəsinə səfər
Şamaxıdan səfərə çıxan tur-aksiya iştirakçıları da İsmayıllıya gələrək, Heydər Əliyev Mərkəzində rayonumuzdan olan iştirakçılarla görüşüblər.
Görüşdən sonra şagirdlər onlar üçün ayrılmış avtobuslara əyləşərək ölkəmizi tanımaq üçün Gəncə, Şəmkir və Göygöl bölgəsinə yola düşüblər.
Gülər Baxışova

Şərh Yaz