Məmməd Mirzə

(İkinci yazı)

“Fövqəladə komissar”ın sərgüzəştləri

Mart soyqırımı ilə bağlı düşüncələr

1918-ci ilin yazında rayonumuzun ərazisində Tatevos Əmiryanın başçılığı ilə erməni quldur dəstələrinin törətdiyi qətl və qarətlər sözün əsl mənasında soyqırımı xüsusi tədqiqata möhtacdır.Məmməd Mirzə
“FÖVQƏLKOMİSSAR”IN ƏRAZİ İDDİALARI

Məlumdur ki, hələ bələkdə olduqları vaxtdan milli müstəsnalıq, özgə millətlərə, xüsusən də türkdilli xalqlara və müsəlmanlara nifrət ruhunda tərbiyə alan hər bir erməni “Böyük Ermənistan” azarı ilə yoluxdurulurdu. Və onlar tarixi olayların bütün döngələrində öz məqsədlərinə çatmaq üçün cəhd göstərirlər. Təbiidir ki, 1917-ci ilin fevral və orktyabr aylarında Rusiyada baş vermiş hakimiyyət dəyişiklikləri zamanı erməni “inqilabçıları” taleyin onlara bəxş etdiyi tarixi fürsətdən səmərəli istifadə etməklə bu sərsəm ideyanı gerçəkləşdirmək üçün vasitələr axtarmağa çalışmışlar.
“Marksist”, “beynəlmiləlçi” kimi qələmə verilən gələcək “fövqəlkomissar”ın da hakimiyyətə doğru gedən yolda yaşıl işıq görünən kimi, qanında “Böyük Ermənistan” azarının virusları hərəkətə gəlir və o, azacıq maskalanmış şəkildə olsa da, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarını ilk dəfə bolşevik mətbuatına çıxarır. Rusiya bolşeviklərinin Qafqaz ölkə qurultayında milli məsələ üzrə proqramın bəzi müddəaları ilə razılaşmayaraq, öz layihəsini təqdim edir: “Zaqafqaziyaya gəldikdə isə, mən inzibati vahidlərin bir qədər dəyişdirilməsini zəruri hesab edirəm. Zaqafqaziyanı üç vilayətə parçalamaq lazımdır. 1. Qərbi Zaqafqaziya: Kutais və Batum quberniyaları və Tiflis quberniyasnın bir hissəsi; 2. Şərqi Zaqafqaziya: Erivan quberniyası, Tiflis quberniyasının bir hissəsi, Qars və Yelizavetpol (indiki Gəncə – M.R.) quberniyaları; 3. Bakı vilayəti, Yelizavetpol ve Dağıstan vilayətlərinin bir hissəsi”.
Göründüyü kimi, bu layihənin ikinci bəndində Ermənistan “Şərqi Zaqafqaziya” adı altında Azərbaycan və gürcüstanın tarixi ərazilərinin böyük bir hissəsinə sahib çıxır. Nəzərə alsaq ki, bu layihə irəli sürüləndə (Oktyabr çevrilişinə bir ay qalmış) dünyada erməni ərazi idarəçiliyi mövcud deyildi. “Erivan Quberniyası” adlandırılan ərazi isə əhalisinin 90 faizi Azərbaycan türklərindən ibarət olan keçmiş İrəvan xanlığı idi. Bəli, Şaumyan başlanğıc üçün, hələlik, Zaqafqaziyanı bu şəkildə təsəvvür edirdi.
60-cı illərdə siyasi ab-havanın mülayimləşməsindən sonra gürcü tarixçiləri Şaumyanın milli məsələyə baxışlarını məhz bu layihənin təhlili əsasında kəskin tənqid etmişlər. Onun müdafiəçiləri olan erməni müəllifləri isə: “O zamankı inzibati bölgüyə görə Ermənistan ərazisinin bir hissəsi (Alaverdi, Axpat, Lori və s.) Tiflis quberniyasına daxil idi. Nə üçün bu ərazilər Ermənistana verilməməli idi?” – deyə təəccübləndiklərini bildirirlər.
Məmməd Mirzə
Məmməd Mirzə
Məmməd Mirzə
Məmməd Mirzə
Azərbaycanın elm adamları isə soydaşlarımızın sonuncusu Ermənistandan qovulub çıxarılan günə kimi bu barədə cınqırlarını belə çıxarmadılar. Yoxsa, “Qafqazın Lenini” onlardan inciyə bilərdi axı…

KOMİSSARIN BAKI DƏRDİ

“Fövqəladə komissar”ın ikinci böyük dərdi Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi ideal dərəcədə əlverişli mövqedə yerləşən liman və neft şəhəri Bakının Azərbaycana məxsus olması idi. Paytaxtı Gəncə olmaqla Azərbaycan Demokratik Cümhuriyyətinin varlığı faktına da bəlkə birtəhər dözə bilərdi. Təki Bakı da Azərbaycanın digər qədim şəhəri Dərbənd kimi həmişəlik Rusiyaya qatılaydı. Mart qırğınına bir neçə gün qalmış o, çıxışlarının birində deyirdi: “… Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtına çevirməyi arzu edirlər”. Həmin qanlı hadisələrdən bir neçə gün sonra isə mart “döyüş”lərindəki “qələbə”si barədə XKS-ya –“ Leninə təntənə ilə raport verir və axırda da xüsusi olaraq vurğulayır: “Zaqafqaziyanın müqəddəratı həll olunurdu. Əgər onlar (Oxu: müsəlmanlar –“ M.M.) Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar”.
Biri digərindən hiyləgər olan bu liderlərin hər ikisi kimə nəyin lazım olduğunu yaxşı bilirdi. Lenin üçün aydın idi ki, “fövqəladə komissara” təşnəsini söndürmək üçün türk qanı lazımdır. Şaumyan isə dərk edirdi ki, Leninə nə türk, nə erməni, nə yəhudi, nə də bir başqası lazımdır, ona təcili Bakı — neft lazımdır. Beləcə, əl əli yuyurdu, əl də üzü…
Qafqazın “fövqəladə komissarı” Bakının (vilayətin də həmçinin) müsəlman əhalisini məhv etmək üçün nəzərdə tutduğu planı uğurla həyata keçirməkdən ötrü nə lazımdırsa etmişdi. Bu tədbir o dərəcədə incəliklə hazırlanmışdı ki, hətta onun indiyədək dərrakəli hesab olunan müsəlman “silahdaşları” belə mart hadisələrinin guya birdən-birə, təsadüfən baş verdiyinə şübhə etmirdilər. Əsas çaşdırıcı amillərdən biri isə “fövqəlkomissar”ın hiyləgər və üstüörtülü fıkirlərinin marksist terminləri farazeologiyası ilə bəzəməsi idi. Bunu isə o, çox yaxşı bacarırdı.
Tufanqabağı: “Bizim əsas şüarımız vətəndaş müharibəsidir” – deyə, təkrar-təkrar vurğulayırdı. Müsəlman ziyalıları yerli mətbuatda dəfələrlə etiraz edərək Bakıda vətəndaş müharibəsi üçün heç bir zəmin olmadığını söyləsələr də, bədnam “komissar” öz dediyindən dönmürdü. O, hətta bir “nəzəriyyəçi” kimi “ümumdünya inqilabı” terminini də “ümumdünya vətəndaş müharibəsi” termini ilə əvəz etmişdi: “Hər şeyi ümumdünya vətəndaş müharibəsi həll edəcəkdir” –“ deyə, sərsəmcəsinə bəyan edirdi.
Həmin ərəfədə Bakıda silahsız dinc yerli əhalini qırıb-çatmaq üçün işarə gözləyən neçə min silahlı erməni quldurunun toplaşdığını hələ indiyədək dəqiqləşdirən olmamışdır və bundan sonra da, yəqin ki, bunu etmək mümkün olmayacaq. Lakin həmin dövrdə “Qafqaz ordusu” ilə bağlı söylənmiş müxtəlif fikirləri müqayisəli şəkildə ağır-yüngül etdikdə, bu barədə müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, Şaumyanın bioqraflarından birinin qeyd etdiyinə görə, 17-ci il noyabrın ilk həftəsində Tiflisdə: “… əvvəlcə 36, sonra isə 77 hərbi hissə özünü inqilabi hökumətin sərəncamına verdi”.
113 hərbi hissədə neçə min əsgər olduğunu hesablamaq üçün adi hesab əməliyyatı aparmaq kifayətdir. Bu hələ ilk həftənin məlumatı. Yəqin ki, sonrakı həftələrdə bu rəqəm qisas məqsədilə hər tərəfdən axışıb gələn ermənilərin hesabına daha da artacaqdı. Gürcü müəlliflərinə istinadən, yuxarıda qeyd etdiyimiz kimi, bu “ordu”nun “ …heyətində bir nəfər də olsun yerli əhalinin nümayəndəsi” (yəni gürcü və müsəlman millətlərindən) yox idi.
Yaxud elə həmin müəllifin (Şaumyanın bioqrafıyasını yazanın) bir az gurultulu şəkildə olsa da, “fövqəlkomissar”ın öz sözlərindən gətirdiyi sitatlar da maraqlıdır. Zaqafqaziya komissarlığının sədri Yevgeni Gegeçkori ilə görüşdə Leninin verdiyi qondarma “fovqəladə komissar” titulundan istifadə edərək onu RSFSR bolşevik hökumətini tanımaq üçün dilə tutduqda:
– Rədd olun otaqdan! Dərhal! Sizi Metex həbsxanasına saldıraram – cavabını alır.
– Cürətiniz çatmaz, arxamda Bakı durur, Xəbərdarlıq edirəm, Qafqazda rus əsgərlərinin yarım milyonluq ordusu var… –“ deyə, “komissar” sədrə hədə-qorxu gəlir.
Bəlkə də o, həmin rəqəmi söyləməklə Qafqazın bütün erməni əhalisini öz ordusunun əsgərləri hesab edirmiş. Hər halda ordu şəklində cəmləşdirilmiş bu quldur dəstələrindəki ermənilərin sayı kifayət qədər çox olub. Bu ordunun tərkibində həqiqətən rus-türk cəbhəsindən qayıdan rus əsgərləri də var idi ki, bunların bir hissəsi Gürcüstanda ikən, bir hissəsi də Bakıya çatdıqdan sonra dağılışıb öz məmləkətlərinə gedirdilər.
Məhz Gegeçkorinin otağından qovulduqdan sonra o, özünün həbsinə order yazılmasına səbəb olan məşhur teleqramı Leninə göndərib Tiflisdəki komissarlığı silah gücünə məhv etməsi üçün icazə istəmişdi. Həmin gün Tiflisdən qaçmazdan əvvəl “Qafqazın tovqəladə komissarı” kimi özünün qəzetinin yeganə nömrəsini (ilk və son nömrəni) buraxmaq imkanı da tapır və ürəyini boşaldır: “… Zaqafqaziyada gürcü-müslman əksinqilabi zadəgan bloku vardır… Gegeçkori, Jordaniya cənabları əksinqilabçı bəylər və xanlarla əlbir olub…”.
Ümumiyyətlə, müsəlman-gürcü yaxınlaşması “komissar”ı və onun erməni silahdaşlarını yaman əsəbiləşdirirdi. Tiflisdə qırğın düzəltmək imkanı əldən çıxandan sonra Gəncə və Bakı üçün dişlərini qıcıyır: “Cinayətkarların daha bir yuvası vardır ki, onu süpürüb atmaq lazımdır. Bu yuva Yelizavetpolda başdan-ayağa irticaçı bəy və xanlardan ibarət olan Müsəlman Milli Komitəsidir”.
Bu komitəni məhv etmək arzusunu gerçəkləşdirmək üçün də məhz o, Gegeçkoriyə xatırlatdığı “Qafqaz ordusu”na (oxu: Qafqazın erməni əhalisinə) güvənirdi.
Deməli, bu da bir rəqəm – 500 min! Ötəri diqqət yetirməklə anlaşılır ki, bu rəqəm Zaqafqaziya Komissarlığına hədə-qorxu gəlmək istəyən Şaumyanın sırf avantürist bəyanatının məhsuludur. Amma bu rəqəmi lap on dəfə azaltmaq ehtimalı mümkün olsa da, yenə böyük qüvvədir. Aydındır ki, Zakfederasiya Rusiyadakı bolşevik hökumətinə tabe olmaqdan imtina etdiyi halda, rus ordusu da burada qala bilməzdi. Qafqaz ordu şurasının Bakıya köçürülməsi barədə Şaumyanın məlum göstərişi də elə bu zərurətdən irəli gəlmişdi. Ordunun isə şura sədri Korqanov idi. Konkret rəqəmlər göstərilməsə də, həmin ordunun həqiqətən də qatarlarla Bakıya daşınması barədə məlumat və faktlar istənilən qədərdir. Düzdür, bu “yarım miyonluq” ordunun hamısının Bakıda yerləşdirildiyini söyləmək olmaz. Əsgərlərin sırasının seyrəldiyini yuxarıda qeyd etmişdik. Lakin ruslar və qeyri millətlərdən olanların çoxu getsələr də, erməni kontingenti qalırdı və günü-gündən artırdı.
Qafqaz ordusunun milli tərkibinə gəldikdə isə, bu məsələyə də “fövqəlkomissar”ın başqa bir bioqrafı (məlum olduğu kimi, onun ayrı-ayrı müəlliflər tərəfindən yazılmış bir neçə tərcümeyi-halı vardır) Q.Akopyan aydınlıq gətirir: “Bakıya o zaman Qərb (rus-alman) cəbhəsindən qayıdan çoxlu erməni əsgəri gəlmişdi. Bundan əlavə, hələ Oktyabr İnqilabından əvvəl təşkil edilmiş erməni ordu korpusunun da bir neçə min əsgəri burada idi…”.
“Oktyabr inqilabından əvvəl təşkil edilmiş erməni ordu korpusu” – dedikdə Akopyan 1915-ci ildən sonra Türkiyədən qaçmağa müvəffəq olan satqın general Andranik Uzunyanın Naxçıvanda və Qərbi Azərbaycanda (Göycə mahalında və başqa vilayətlərdə) tarixdə misli görünməmiş vəhşiliklər törədən quldur dəstələrini nəzərdə tuturdu. Rus-türk cəbhəsindən qayıdan erməni əsgərləri, Gəncə quberniyası və ətraf qəzalardan olan silahlı və silahsız ermənilər və Hamazaspdan tutmuş Tatevos Əmiryana qədər bütün erməni-daşnak terrorçularının özlərilə gətirdiyi minlərlə silahlı qulduru bu rəqəmə əlavə etmək gərəkdir.
Korqanovun başçılıq etdiyi və Bakıda yerləşdirilən “Qafqaz ordusu”nun, demək olar ki, bütün zabit heyəti də daşnaklardan ibarət idi. Həm də onların əksəriyyəti mütəxəssis deyil, sadəcə olaraq, terrorçuluq fəaliyyəti ilə ermənilər arasında tanınmış adamlar idi.
Bizim üçün isə ən acınacaqlısı həm də o idi ki, bütün sovet tarixi dövründə bolşevik mətbuatı tərəfındən “terrorçu”, “cinayətkar”, “quldur” kimi lənətlənən bu daşnak birləşmələrini bilərəkdən Azərbaycana qarşı bolşevik hökumətinin özü silahlandırırdı. Və bunun əvəzi isə Bakı nefti və Azərbaycan pambığı ilə ödənilirdi…
Adətən, “erməni” və “daşnak” sözləri sinonim kimi işləndiyindən, bu məsələ bəzi oxuculara çaşdırıcı görünə bilər. Daha aydın olması üçün qeyd edək ki, mərkəzi Sovet hökumətindən daşnak hərbi birləşmələri ayrı, erməni, rus və digər millətlərdən ibarət ordu (bunu “fövqəlkomissar” Qızıl Ordu adlandırırdı) isə ayrıca olaraq silah, sursat və maddi yardım istəyib alırdı. Həm də iş elə təşkil olunmuşdu ki, guya daşnak rəhbərləri Şaumyanın iştirakı olmadan bolşevik hökumətindən silah alır. Bu işdə “fövqəlkomissar”ın kuryeri və necə deyərlər, dəyirmanın boğazından diri çıxmağa qadir olan məşhur terrorçu Kamo Petrosyan xüsusilə müdhiş rol oynamışdır. O, xarici ölkələrin xüsusi xidmət idarələrinin əlinə keçdikdə özünü dəliliyə vurub xilas olmağı da bacarırdı.
Soyqırımına hazırlığın son mərhələsində – mart qırğınına 25 gün qalmış Şaumyan Saritsın cəbhəsində olan Stalinə yazırdı:
“… cəbhədən bütün fəal işçilər gəlib toplaşmışlar, odur ki, iş son dərəcə sürətlə və müvəffəqiyyətlə gedir. Onlara on milyon manat pul göndərmək lazımdır. Kobozevin gətirdiyi 30 milyon manat icraiyyə komitəsinin ixtiyarındadır… Daşnaklar üçün top məsələsini, xahiş edirəm, elə rəsmiləşdirəsiniz ki, məsələnin qəti həlli burada məndən asılı olsun…”.
Bu da bir müəmmadır. Nə üçün o, daşnaklar üçün silahı ayrıca istəyir? Bir halda ki, bütün erməni birləşmələri eyni komandanlığa tabe idi. Sadəcə olaraq yaza bilməzdimi ki, bizə fılan sayda top lazımdır?
Öz soydaşlarının xasiyyətinə yaxşı bələd olan Şaumyan bilirdi ki, daşnak quldurlarının ipinin üstünə odun yığmaq olmaz. Ona görə onlarla bağlı heç bir məsuliyyətin altına girmək istəmirdi. Məsələn, “fövqəlkomissar” birinci məqsədinə, yəni Bakıda yerli əhalinin kütləvi surətdə qətlə yetirilməsinə nail olduqdan sonra, rus bolşevik hökumətindən xahiş edir ki, daha daşnaklar üçün silah göndərməsinlər. Onları bundan sonra gücləndirmək təhlükəlidir.
İngilis kəşfıyyatı ilə yaxınlıqdan sonra daşnaklarla daha da doğmalaşan Şaumyanın bu ehtiyatkarlığına sonrakı hadisələr işıq saldı. Bolşeviklərin səxavətlə silahlandırdığı bu quldurlar Bakını qan gölünə çevirəndən sonra, tamamilə nəzarətdən çıxdılar və Azərbaycan kəndlərini sorğu-sualsız çapıb-talamağa başladılar. Azərbaycan Ordusu və türk qoşunları Bakıya yaxınlaşanda isə, silahlarını da özləri ilə götürüb, əvvəlcədən sifariş verdikləri gəmilərə doluşaraq aradan çıxdılar və başqa ağaların – Sentrokaspi və Zakaspi hökumətlərinin xidmətinə keçdilər. Beləliklə, Sovetlərin öz silahı özünə qarşı çevrildi. Əlbəttə, ingilis kəşfiyyatı və daşnak soydaşlarının bütün sifarişlərini canla-başla yerinə yetirən “Qafqazın fövqəladə komissarı”nın Petroqrad qarşısında üzüqara qaldıqdan və Sovet imperiyasının liderlərindən birinə çevrilmək ehtimalı sıfıra endikdən sonra, onun qaraçı köçü kimi sərgərdan dolaşan daşnak taboruna qoşulub xaricə qaçmaqdan başqa çarəsi qalmadı.
“Cavanşir yurdu” qəzeti 1998-ci il, в„–в„– 5-8.

Şərh Yaz