Psixoloqun məsləhətləri

1. Həyati çətinlikləri necə dəf etmək olar
Həyatda hər bir insanın öz çətinlikləri vardır. Biri üçün çıxılmaz olan vəziyyət başqası üçün heç də belə deyil. Deməli, problem özümüzdədir. ”Г‡ıxılmazlıqlar” həyatı dar görmənin nəticəsidir. Əgər dalana dirənmiş situasiyaya düşmüşünüzsə, bu zaman:
Psixoloqun məsləhətləri
a) Yadda saxlayın ki, belə situasiya olmur;
b) Situasiyanı müxtəlif tərəflərdən təhlil edin;
c) İnsanlarla bu situasiya haqqında danışın, belə ki, qavrayış stereotipləri bizə situasiyanın sərhədlərindən kənara çıxmağa və ona başqa tərəfdən baxmağa imkan vermir;
d) Dəyərlərinizi yenidən qiymətləndirin. Özünüz üçün bu situasiyada da nə isə yaxşı və faydalı bir şey tapın;
e) Yadda saxlayın ki, uğursuzluqlara əhəmiyyətli həyati təcrübə kimi baxdığımız, çətinlikləri isə yaradıcı məsələ hesab etdiyimiz təqdirdə onlar bizi möhkəmləndirir və mənəvi zənginləşdirirlər. “Zəka işığına daha çox uğursuzluqlara düçar olanlar sahib olurlar” (K.Helvetsi).
f) Özünüzü inandırın ki, situasiyanın öhdəsindən gələ biləcəksiniz; uğursuzluğu gözləməyin: pislik gözləyəni pislik tapar.
“Kafirin qorxduğu başına gələr, möminin isə arzusu yerinə yetər “ –“ hikməti müqəddəs Salomona aiddir.
g) Əgər daxili gərginlik üzündən sakit düşünə bilmirsinizsə, hər hansı bir aktiv fəaliyyət növü ilə məşğul olun. Daha çox hərəkət edin! Hərəkət çox gözəl anti-depressantdır. h) Heç bir şey alınmırsa gözləyin. Vaxt “sağaldar”, çünki hər şey axır, dəyişir. Dünən fəlakət bildiyimizi bu gün elə görmürük.
2. İtkilər haqqında
Ən yüksək səviyyəli stressi, əzizlərin ölümü, boşanma, işin itirilməsi yaradır. Öz dərdinizə qapılmayın. Bu situasiyadan ən asan yol dərdə təslim olmaqdır. Aktiv fəaliyyət dərdin öhdəsindən müvəffəqiyyətlə gəlməyə sizə kömək edər. Dərdinizi başqası ilə bölüşdürməkdən qorxmayın. Dərdi yalqız və passiv çəkmək onu uzadar. Zaman onu müxtəlif işlərlə “doldurduğunuz” təqdirdə “sağaldar”. 3. Dəyərlər haqqında
İtirilmiş nəsil və yanlış dəyərlər yoxdur.
Hər bir nəsil insanlıq sivilizasiyanın inkişafına öz töhfəsini verir. Nəsillərin və dəyərlərin əvəz olunması təkamülün vacib prosesidir. Keçmişi müasirlik baxımından qiymətləndirmək düzgün deyil. Ekzistensial fəlsəfə və Tamlıq fəlsəfəsi nöqteyi-nəzərindən yer üzündəki canlıların təkamülünün mənasını psixizmin, şüurun və mənlik şüurunun daha çox inkişafı təşkil edir. İnsanın dəyərini maddi zənginlik və sosial status deyil, onun mənəvi zənginliyi şüur və mənlik şüurunun səviyyəsi müəyyən edir.
Özünüzü başqalarının sizin haqqınızda olan təsəvvürlərinə görə dəyərləndirməyin.
Ümumbəşəri və ilahi dəyərləri özünü qiymətləndirmənin əsas meyarı götürün.
Ünsiyyət qaydaları:
Övladlarınızdan sizi anlamadıqlarına görə inciməyin. Anlamaq üçün həmin həyatı yaşamaq lazımdır. Övladlarla sizin aranızda böyük bir zaman məsafəsi vardır. “Belə gəlib və belə də gedəcək” deyimi zənnimcə əbədi bir müşkülə “Atalar və oğullar” probleminə aiddir.
İnciklikləri yığmayın. Bu, sizə baha başa gələr. Bağışlamağı bacarın. Bu, ilk növbədə sizin özünüzə lazımdır. Lakin sizi incidən və artıq bağışladığınız adamla ünsiyyəti davam etdirmək vacib deyil.
Xeyirxahlıq etdiyiniz zaman xeyirxahlıq ummayın. Ətrafdakılardan özünüzə qarşı sevgi və hörmət gözləməyin. “Bəxtiyar o kəsdir ki, heç bir şey gözləmir, ona görə də ümidləri heç vaxt boşa çıxmır” (A.Pop). Yaxşılıq etməyə qadir insan olmağınızdan ləzzət alın. Yaxşılığı başqalarının məcburiyyəti ilə deyil, ürəyinizin hökmü ilə edin.
Tənqid etməyin! “Tənqidin heç bir faydası yoxdur, çünki insan özünü müdafiə etməyə məcbur edir. Tənqidə məruz qalan adətən, özünə haqq qazandırmağa çalışır. Tənqid təhlükəlidir, insanın qüruruna zərbə endirir, heysiyyətinə toxunur və incikliyə səbəb olur” (D.Karneqi).
Mübahisə etməyin. Onsuz da heç kimə heç bir şeyi sübut edə bilməyəcəksiniz. Hər bir kəs öz fikrində qalır. Başqası sizi anlamayacaq (xüsusilə, gəncdirsə) çünki fərqli həyat təcrübəsinə malikdir. Dünyada mübahisəni udmağın yalnız bir yolu var –“ ondan boyun qaçırmaq (D.Karneqi).
Öz keçmişiniz barədə söhbətlərlə, əgər bunu sizdən xahiş etmirlərsə, başqalarının zəhləsini tökməyin. İstənilən sırınan hərəkət, hətta məhəbbət olsa belə təcavüzdür. Xahiş etmədikləri halda övladlara kömək etmək cəhdi onları əsəbiləşdirər və münaqişəyə səbəb olar.
Başqasının davranışını qiymətləndirərkən şərait və mühitin təsirini nəzərdən qaçırmamağa çalışın. Onların bizim həyatımızdakı rolu böyükdür. Nəzərə alın ki, özümüzdə müsbət “Mən” obrazının yaranması qeyri-məqbul davranışımızı situasiyanın əlverişsizliyindən çıxış edərək qiymətləndirməyimizlə əlaqədardır. Lakin başqasının səhvini bağışlamırıq. Г‡ünki onun bütöv portretini qurarkən situasiyanın təsirini nəzərə almırıq.
Salman Süleymanov,
Lahıc qəsəbə tam orta məktəbinin psixoloqu

Şərh Yaz