Yaddas kitabcasi

Rəsədxanaya ekskursiya yaddaqalan oldu

1 aprel 2017-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təsərüfat işləri üzrə direktor müavini Aydın Nəcəfovun rəhbərliyi altında bir qrup müəllim və tələbə Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyaya getdik. Kollektivin 70 nəfərlik heyətlə ekskursiyaya getməsinə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin rəhbərliyi tərəfindən köməklik göstərilib. Belə ki, gediş-gəliş üçün nəqliyat xərcləri onlar tərəfindən ödənilib. Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının nümayəndələri bizi gülər üzlə qarşılayadılar və rəsədxana haqqında geniş məlumat verdilər.
Rəsədxanaya ekskursiya yaddaqalan oldu
Rəsədxananın bələdçisi bildirdi ki, Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir. Müasir dövrün prioritet problemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərən bu rəsədxanada səma cisimlərinin tədqiqi kimi aktual, fundamental məsələ ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insanlar daxil olmaqla, bioloji orqanizmlərə təsiri də öyrənilir.
Rəsədxana Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Astrofizika” sektoru bazasında 1960-cı ildə yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göy qütbünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı190-200-ə çatır.
Kollektivimiz əldə etdikləri geniş bilgilərə görə rəsədxananın əməkdaşlarına dərin təşəkkürlərini bildirdilər. Kollecin müəllim və tələbə heyəti Nəsirəddin Tusi adına rəsədxanaya ekskursiya üçün yaradılan şəraitə görə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və Kollec rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.
Namiq Vahabzadə,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi

Şərh Yaz