Yaddas kitabcasi

Onlarla fəxr edirik

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərə müxtəlif ixtisaslar öyrədilməsi ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, yüksək vətəndaşlıq hisslərinin aşılanması da mühüm əhəmiyyət kəsb edir. Bir neçə gün əvvəl İDHTK-nin əyani şöbə müdrü Azad Şahalıyev bir qrup müəllim və tələbə ilə 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirərək baş nahiyyəsindən güllə yarası almış hərbiçimiz, 28 yaşlı Ağayev Yaşar Təvəkkül oğlu ilə görüşüblər.
Onlarla fəxr edirik
Bir illik müalicədən sonra cəsur döyüşçümüz Y.Ağayev sağaldıqdan sonra orduya qayıdacağını bildirib.
***
Kollecin bir qrup müəllim və şagirdi 2016-cı ilin Aprel doyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Mikayıl Vahabzadənin anım mərasimində iştirak ediblər. Onlar şəhidin məzarı önünə Kollecin kollektivi adından əklil qoyublar.
Onlarla fəxr edirik
Tələbələrimiz gündən-günə qüdrətlənən ordumuzun əsgər və zabitləri, eləcə də şəhidlərimizlə fəxr etdiklərini bildirirlər.
Seyran Abdullayev,
Kollecin fiziki tərbiyə rəhbəri

Şərh Yaz