Aprel şəhidlərini və Kəlbəcər qurbanları yad edildi

3 aprel 2017-ci il tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan İsmayıllı MKS-nin uşaq şöbəsinin konfrans zalında aprel şəhidlərinin əziz xatirəsi və Kəlbəcərin işğalı ilə bağlı tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan İsmayıllı MKS-nin direktoru Ələddin Ələkbərov iştirakçıları salamlayaraq 2016-cı ilin aprel ayında qəhrəmancasına şəhid olan Milli qəhrəmanlar haqqında məlumat verdi. O bildirdi ki, 4 günlük müharibə zamanı cəbhə boyu döyüşlərdə vuruşan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 1 nəfər polkovnik, 2 nəfər polkovnik-leytenant, 5 nəfər mayor, 4 nəfər kapitan, 7 nəfər baş leytenant, 1 nəfər leytenant, 12 nəfər gizir, 1 nəfər kiçik gizir, 1 nəfər çavuş, 6 nəfər MAXE hərbi qulluqçu, 49 nəfər sıravi əsgərimiz şəhid olmuşdur.
Aprel şəhidlərini və Kəlbəcər qurbanları yad edildi
Aprel şəhidlərini və Kəlbəcər qurbanları yad edildi
Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə düşmənə qarşı göstərmiş olduğu şücaiəti nəticəsində Lələtəpə yüksəkliyi düşmən tapdağından azad edildi. İsmayıllının igid oğullarından biri Mikayıl Yaqub oğlu Vahabzadə də düşmənlə mübarizədə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
İsmayıllı rayon MKS-nin müavini Ruhiyyə Mirzəyeva çıxış edərək bildirdi ki, 1993-cü ildə ermənilər mənfur planları üzrə Kəlbəcər rayonunun işğalını həyata keçirtdilər. Silahsız və köməksiz əhali ev-eşiyini, var-dövlətini qoyub qaçmağa məcbur oldu. İnsanlar Murov yolu ilə Gəncə istiqamətində yollandılar. Bu yolda nə qədər insan çovğuna, şaxtaya düşüb məhv oldu, əl-ayaqlarını şaxta vurdu. Kəlbəcər işğal olundu. Düşmən məqsədinə çatdı. Olduqca əlverişli hərbi-strateji əhəmiyyətli bir ərazi ələ keçirildi, Kəlbəcər torpağı yağı tapdağı altda qaldı.
İndi ölkəmizn bütün rayonlarında köçkün həyatı yaşayan kəlbəcərlilər yalnız bir şeyi arzulayir: Lələtəpə yüksəkliklərini ardınca tezliklə Kəlbəcərlə birgə işğal altında olan bütün torpaqlarımız geri qaytarılsın, mənfur düşməndən tökülən qanların qisası alınsın. Və biz əminik ki, cənab prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində nəinki öz el-obalarından didərgin düşmüş həmvətənlərimizin, bütün azərbaycanlıların arzusu olan böyük qayıdış tezliklə baş tutacaq.
Əzizova Turanə

Şərh Yaz