İslam sivilizasiyası mediada

12 aprel 2017-ci il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində “Jurnalist Araşdırmaları Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda tədbir keçirilib. Peşə Tədris Mərkəzinin tələbə-müəllim kollektivinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Murad Məhərrəmov mövzunun aktuallığından, bu sahədə müasir gənclərin qarşısında duran vəzifədən danışıb. İslam sivilizasiyası mediada
“Türkiyə Universitetləri Məzunları” ictimai birliyinin sədri Г‡ingiz Bayramov Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynadığını diqqətə çatdırıb.
“Jurnalist Araşdırmaları Mərkəzinin” sədri Seymur Vəlizadə layihənin məqsədini izah edərək, milli-dini dəyərlərimizin üstünlüyünü əsaslı faktlarla göstərib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
Daha sonra çıxış edən “Türkiyə Universitetləri Məzunları” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Novruzova xalqımızın dini-mənəvi dəyərlərə, adət-ənənələrə marağının artmasında medianın müstəsna rolu olduğunu bildirib.
“İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri Elnarə Qasımova, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” ictimai birliyinin sədri Şirinbəyim Atayeva və başqa çıxış edənlər bir sıra hallarda KİV-də din ilə mövhumatın, imanla xurafatın qarışdırıldığını, məzhəblər və təriqətlərarası münasibətlərə yersiz müdaxilə edildiyini bildiriblər. Dini mövzuda daha çox yazılar verilməsini təklif edilib.
Elnarə Günəş
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz