Г‡örək ətri

(Hekayə)

Nahara az qalmışdı. Gəlin yemək süfrəsi hazırlayırdı. Bacımın başı mətbəxdə qarışıq, uşaqlar öz aləmlərində baş-başa verib oynayırdılar. Üzdən rahat, arxayın görünsəm də ötən günlərin xatirəsində dolanırdım artıq. Əslində, burda olanda özümü həmişə rahat hiss etmişəm. Uşaqlarla əylənir, bacımın özünün, gəlinin həddsiz hörmət və qayğısını görürəm. Yezinəm işdən qayıdanda “Qaynanamı incitməyin ha!” – deyib uşaqlara təpinəndə mənə nə qədər xoş olduğumu təsəvvür etməzsiz. Doğrudan bir ana olduğumu, bacılar anası sayıldığımı belədə daha çox hiss edirdim.
Г‡örək ətri
Elə bu hisslə də artıq dönmüşdüm ötən günlərə.
Anamın ölümündən sonra qohum-əqrəba qırx gün gəlib-getdi. Qırxbirinci gün oturdular məsləhətə. Qız uşaqlarını özbaşına qoymaq olmaz. Bir qardaş ailəsini dolandırır, biri isə əsgərlikdə. Ərdə olan bacı da evini atıb hər gün gəlib baxa bilməz. Neyləyək sualı ətrafında hərə öz fikrini deməli idi.
Hələlik hamı susurdu. Maşallah, xala və dayıdan bol idik. Onların nə deyəcəyini gözləyə-gözləyə diqqətim bir küncdə oturub vəziyyəti hələ dərk etməyən kiçik bacılarımda qalmışdı. İkisi məktəbə hələ təzə gedirdi. Kiçiyin dörd yaşı vardı. Kəndimizin səkkizillik məktəbini bitirmişdim. Doqquzuncu sinifdə oxumaq üçün sənədlərimi rayon mərkəzindəki orta məktəbə yenicə vermişdim.
Dayılarımdan birinin qətiyyətlə: Aparaq yetimlər evinə verək, – sözündən diksindim. Yetim sözünün ağırlığından bükülsəm də özümü şax tutmağa çalışdım.
Birdənbirə əlim yetim qalmış bacılarımdan üzüləcəkmiş kimi ağrılı bir hiss keçdi ürəyimdən və bu ağrının mənə nə qədər qüvvət, cəsarət verdiyinə indi də heyrətliyəm.
– Sən nə dedin, dayı?! Hara verirsiz?
Г‡örək ətri
– Detdoma, ay bala, bəs neyləyək? Əldə, ayaqda qalmayın. Biz də gedib evdə arxayın otura bilək ,- dedi dayım.
Sərt, amansız bir qəddarlıqla, uşaq yaşına yaraşmayan bir sərtliklə:
– Durun, çıxın gedin!!! –“ dedim.
Səsimə bir anlıq özüm diksindim elə bil. Yenə bir qətiyyətli, təskinlikverici səs hiss etdim. Bu mənim ürəyimdə yaranan analıq hissinin arxayın səsi idi. Bir-birinə baxan dayılarım, xalalarım bu səsdəki qətiyyəti hiss etsələr də nə edəcəklərini bilmirdillər. Yetim, yetimlər evi sözünün necə dəhşətlə səsləndiyini və mənim ürəyimə necə yara vurduğunu da hiss etmədilər.
Bir müddət keçdi. Hərə öz evinə çəkilsə də hərdən xalalarım da, dayılar da gəlir, yetim sözünün ağırlığını daşımaqda nəsə kömək də edirdilər. Heç nəyə baxmadan özüm hər işi yoluna qoymağa çalışırdım. Atamın əmək haqqını bizə pensiya kimi verirdilər. Sovetlikdən qardaşımı əsgərlikdən geri çağırmaq məsələsini də bildirmişdilər. Verilən pensiya xərclərimizi ödəyirdi. Pis yaşamırdıq. Evdə çatmayan böyüklərimiz idi. Hər gün rayon mərkəzindəki dükandan çörək alırdım. Bir gün ləngiyib gec getdim. Г‡örək satılıb qurtarmışdı. Bir də axşam gəlməli idi. Axşamı gözləməyib kor-peşman, özümü danlaya-danlaya geri qayıtdım.
Ürəyimdə anamla danışa-danışa, dərdimi bölüşə-bölüşə evə nə vaxt çatdığımı da bilmədim. Qızlar yenə də bir tərəfdə oturub gözləyirdilər. Özümü danladım ki, kaş un alıb qoyardım. Belə vaxtlarda bişirməyə. Anamın həmişə evdə ehtiyatı olardı. Bir qazan sıyıq bişirib boşqablara çəkdim. Süfrəyə oturan kimi kiçik qızın:
Bəs çörək yoxdu? – sözünə yenə sarsıldım.
– İndi ye, axşama olar. Bu sözlərlə vəziyyəti yüngülləşdirmək istədim. Yoxdu sözü necə ağır imiş, İlahi! Onu deməyə ürək gərəkmiş. Deyə bilmədim yoxdu. Axşama verdiyim vədin ağırlığı altında əzildim, sındım. Süfrəni yığışdıra-yığışdıra yenə anamla danışırdım ürəyimdə.
– Sən olsaydın indi çoxdan bişirmişdin, ana. Bəs indi neyləyim?
Qonşudan istəməyi, başqa yerə üz tutmağı şənimə sığışdırmırdım. Elə bilirdim hamı deyər: Yetimləri acından öldürürsən. Qərara gəldim ki, pensiya verilən kimi un alıb çörəyi hər gün özüm bişirəcəm. Başa düşürdüm bu söz səhər üçündü. Bu günü yola verməkdən gedir söhbət. Ümidsiz bir ümid var. O zamandan inanmışam..
Artıq şər qarışırdı. Gözümün önündə açacağım çörəksiz süfrə görünür, qızların “bəs çörək hanı?” – səsini hiss edirdim. Həyət qapısının taqqıltısı düz evin içində səsləndi.
– Bu vaxtı kim olar?
Özümdən balaca qızla həyətə düşüb qapıya tərəf getdim.
– Kimdir? – deyə soruşdum.
– Mənəm, qızım, Nazbikə xaladı.
Cəftəni çəkib qapını açanda isti təndir çörəyinin ətrini hiss elədim.
Başında çörək dolu təknə olan qadın içəri keçdi. Nazbikə xala kənddə anamın ən yaxın rəfiqələrindən biri idi. Sirrləri, sözləri bir olardı.
– Neynirsiz, necəsiz, ay qızım? Niyə qızları götürüb gəlmirsən bizlərə? Nə vaxtdı sizdən xəbərsizəm. Dedim bir baş çəkim görüm necəsiz?..
– Nənə, baba gəldi!
Bu səs bacımın nəvəsinin səsi idi. Məni düşüncələrimdən, o günlərdən ayırdı. Yezinəm əlindəki çörəklərlə içəri keçdi. Adəti üzrə soruşdu:
– Necəsən, qaynana?
Bacım gülə-gülə çörəyi doğradı. Şükür sənə İlahi, süfrədə çörək boldu! – deyə mən də ana kimi ürəklə səsləndim.
Mehriban İbrahimova

Şərh Yaz