Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib

Martın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində Novruz bayramına həsr olunan tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri, “Multikulturalizm” jurnalının redaksiya heyəti, AMEA-nın alimləri, Yaradıcılıq Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrinin iştirak etdiyi bayram tədbirini Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla açaraq qonaqları Novruz bayramı münasibətilə təbrik edib. Dövlət müşaviri Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladaraq bu ili “Multikulturalizm ili”nin məntiqi davamı kimi səciyyələndirib: “Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. “İslam həmrəyliyi” deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərdə tutmalıyıq. İslam həmrəyliyi anlayışı dedikdə İslam aləmi daxilində olan həmrəyliklə yanaşı, İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası başa düşülür. Bu baxımdan İslam həmrəyliyi özündə həm də dinlərarası həmrəylik anlayışını ehtiva edir”.
Dövlət müşaviri çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Larisa Reyxrudelin ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb və orden Larisa Reyxrudelə təqdim edilib.
Larisa Reyxrudel çıxışında bu təltifin gözlənilməz olduğunu bildirib və ictimai fəaliyyətinə verdiyi yüksək dəyərə görə Prezidentə dərin minnətdarlığını ifadə edib: “Bu təltif mənim üçün gözlənilməz idi, prezident İlham Əliyevin yüksək etimadına layiq görüldüyüm üçün özümü xoşbəxt hiss edirəm. Bu etimadı doğrultmağa çalışacağam”.
Müxtəlif etnik qrupların və konfessiya nümayəndələrinin qatıldığı və rəngarəng multikultural çələngi xatırladan bayram tədbirində millət vəkili Mixail Zabelin, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA-nın Folklor institunun direktoru Muxtar İmanov, Talış icmasının rəhbəri, ədəbiyyatşünas alim İmamverdi Həmidov, professor Solmaz Tovhidi,tatar icmasının rəhbəri Gülcan Myasoutova, Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudiləri icmasının ravvini Şneor Seqal, Bakı Yevangelik Lüteranların dini icmasının rəhbəri Vera Nesterova, Azərbaycandakı “Arqo” yunan cəmiyyətinin sədri Səidə Mehdiyeva, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev və başqaları Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək hər evə, hər ailəyə ruzi-bərəkət, sevinc, xoşbəxtlik arzularını çatdırıblar. Г‡ıxış edənlər Larisa Reyxrudeli “Şöhrət” ordeni alması münasibətilə təbrik edərək ona cansağlığı və bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıblar.
Г‡ıxışlarda vurğulanıb ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara, həmçinin müxtəlif konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək, yaşatmaq üçün yüksək səviyyədə şərait yaradılıb”.
Bildirilib ki, Novruz bayramı bundan sonra da həmrəylik, qardaşlıq, dostluq bayramı olaraq müxtəlif xalqların və fərqli dinə etiqad edən konfessiyaların qardaşcasına bir arada yaşadığı ölkəmizdə Azərbaycan xalqını dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşdirəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti

Şərh Yaz