Şagirdlərimiz regionun birincisi oldular

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyələrinə uyğun olaraq 7 aprel 2017-ci il tarixdə Şamaxı şəhərində Azərbaycan Uşaqlarının IV Forumu keçirilib. Forumda İsmayıllıdan olan fəallığı və intellektual səviyyəsi ilə seçilən 5 şagird iştirak edib.
Qeyd olunan tədbirdə Azərbaycanın Əməkdar elm xadimi, tibb elmələri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş, ənənə halı alan istedadlı uşaqların iştirakı ilə “Qələbəyə doğru” intellektual yarışmanın regional seçim turu da keçirilib. Şamaxı, Kürdəmir, Qobustan, Ağsu, İsmayıllı və Göyçay rayonları arasında keçirilən yarışmanın qalibi olan İsmayıllı komandası Respublika mərhələsinə vəsiqə qazanıb.
Qalib komandanın üzvləri Fəxri fərmanla təltif olunublar.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Metodik Kabinetin metodisti

Şərh Yaz