Təbiəti qorumaq lazımdır

Yaz fəsli təbiətin ən gözəl çağıdır. Dahi şairimiz Səməd Vurğun demişkən: “Təbiət ilhama çağırır məni”.
Təbiəti qorumaq lazımdır
Bu fəsil təbiətin cana gəldiyi, hər tərəfin yaşıllaşdığı, gül-çiçəklərə büründüyü zamandır. Bu fəsildə təbiətin gözəlliyinə daha da gözəllik qatmaq, florasını zənginləşdirmək hər bir insanın üzərinə düşən ən böyük vəzifədir.
Bu gözəl işi görmək, təbiətə rəng qatmaq, onun qayğsına qalmaq məqsədilə
7 aprel 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və rayon Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə yeni gül kolları əkildi. Əvvəldən əkilmiş ağacların dibi belləndi, quru budaqlar kəsildi. Gənclər hər dəfə olduğu kimi, bu dəfə də böyük həvəslə bu kompaniyaya qoşuldular.
Hər kəs yaxşı bilir ki, ağaclar təbiətin ağ ciyərləridir. Ağaclar qırıldıqca bizi əhatə edən oksigen tükənir. Nəzərə almalıyıq ki, maşınlardan tüstü şəkilində çıxan zərərli qazlar təbiətə qarışır və havanı çirkləndirir. Hər əkilən yeni ağac isə bir insanın təmiz hava ilə nəfəs almasına xidmət edir.
Dəyərli insanlar, əziz gənclər!
Ağacları və gülləri məhv etməyək. İlahinin bəxş etdiyi bu füsunkar təbiətə hər birimiz öz qayğımızı göstərək ki, həm özümüz, həm də bizdən sonra gələcək nəsillər təmiz hava ilə nəfəs ala bilsin.
Rəşid Mirzəliyev

Şərh Yaz