Səyyar kitabxana xidməti təşkil edilib

İsmayıllı rayon MKS-nın Uşaq şöbəsi ənənəsini davam etdirərək bir günlüyə şəhər 5 nömrəli tam orta məktəbinin balaca fidanlarının qonağı olub. Şöbənin kollektivi məktəbin aşağı sinif şagirdlərini yeni kitablar, Azərbaycan cizgi filmləri ilə sevindirib.
Səyyar kitabxana xidməti təşkil edilib
Əvvəlcə şagirdlər onlar üçün açılmış kitab sərgisinə baxış keçirərək kitablarla tanış olublar. Tədbiri şöbənin müdiri Rəna Süleymanova açıb və balaca fidanları salamlayıb. O, kitablar, cizgi filmləri haqqında şagirdlərə ətraflı məlumat verərək onların insan həyatındakı rolundan danışıb. “Balaca ev”, ”Xeyir və Şər”, ”Humayın yuxusu” və digər cizgi filmləri nümayiş etdirilib. Filmlər şagirdlərin alqışlarına səbəb olub. Onlarla bağlı sual-cavab təşkil olunub, tapmacalar səsləndirilib. Dolğun və doğru cavab verənlər mükafatlandırılıb. Tədbirin sonunda uşaqlar rəqs edib, şeirlər söyləyiblər. Yekunda məktəbin direktoru Elçin Məmmədov təşəbbüs üçün kitabxananın kollektivinə təşəkkür edib.
Ziya Əlizadə

Şərh Yaz