Şağirdlərin qürur yeri və fəxri

30 mart 2017-cil tarixində Natiq Bedhiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində Aprel döyüşlərində qəhrəmanlıqla iştirak etmiş və namərd düşmənin açdığı atəş nəticəsində başından ağır yara alan Yaşar Təvəkkül Ağayevlə görüş keçrilib.
Şağirdlərin qürur yeri və fəxri
Tədbir məktəbin hərbi rəhbəri Əsgər Manafov və şagirdlər tərəfindən yüksək səviyyədə təşkil edilib. Hər bir soydaşımızın, eləcə də şağirdlərinin qürur yeri və fəxri olan Yaşarla görüşdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları İlham Vahabov, Rəşid Məmmədov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz