Tədbirin mıvzusu vətənpərvərlik olub

Qoşakənd kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə şanlı Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq səlnaməsindən söz açılıb. Aprel şəhidlərinin əziz xatirəsi anılıb və bir dəqiqəlik sükutla müxtəlif zamanlarda torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canlarından keçən soydaşlarımız yad edilib.
Tədbirin mıvzusu vətənpərvərlik olub
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyada qəhrəmanlıq, Vətən mövzusunda şeirlər səsləndirilib. Şəhid həmyerlimiz Mikayıl Vahabzadənin anasının dilindən gənc şairə Turac Hilalın yazdığı “Mikayılım ölmədi” şeiri hamını kövrəldib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz