Təbrik edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təbrik edirik
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Əliyeva Lətifə Ziyad qızının da adı təltif olunanlar sırasındadır.
Lətifə xanımı yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, ona oxucularımızın və rayon ictimaiyyətinin adından cansağlığı, şərəfli və məsuliyyətli işində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz