Dövlətin sosial-iqtisadi siyasəti uğurla həyata keçirilir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mart ayının 7-də şəhərin Heydər Əliyev prospektinin yuxarı hissəsində və həmin ətrafda –“ “Yuxarıbaş”, “Alma bağı” adlanan ərazidə yaşayan sakinlərlə görüş-qəbul keçirib. Dövlətin sosial-iqtisadi siyasəti uğurla həyata keçirilir
Ərazidəki “Mərasim evi”nə gələn şəhər sakinləri Yel çərşənbəsi günündə daha çox problemlərdən söz açmağa deyil, sanki bir-birinin sevincinə şərik olmağa çalışıblar.
Görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı M.Sadıqov bütün iştirakçıları Yel çərşənbəsi, xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Başçı görülən işlər, mövcud problemlər və onların həlli yolları barədə ətraflı danışıb. Şəhər ərazisində sosial həyatın yaxşılaşdırılması, iş yerlərinin açılması ilə əlaqədar hazırlanan yeni layihələr barədə görüş-qəbulun iştirakçılarına məlumat verib.
Görüş-qəbula gələnlər çətinliklərə baxmayaraq icra olunmuş layihələrə, rayonun inkişafına göstərdiyi qayğıya və dəstəyə görə cənab Prezidentə minnətdarlıq, dövlətin sosial-iqtisadi siyasətinin rayonda uğurla həyata keçirilməsinə görə RİH-nin rəhbərliyinə təşəkkür ediblər.
Sakinlərdən Müseyib Poladov, Rima Kərimova, Qismət Salehov, Mirəli Bəkirov, Müseyib Hüseynov və başqaları, məhlədaxili yollara çınqıl döşənməsi, elektrik transformatorunun daha güclüsü ilə əvəz olunmasını, 48 mənzilli yaşayış binasına istilik sistemi çəkilməsi, bazardan çöldə ticarətin yığışdırılması, Heydər Əliyev prospektindəki çoxmənzilli yaşayış binasının dam örtüyünün təmir olunması, 5 nömrəli tam orta məktəbinə yaxın magistral yoldan keçidin tənzimlənməsi, “Г‡ıraqban”a gedən yolun təmir edilməsi məsələlərininin vacibliyini diqqətə çatdırıblar.
Qaldırılan məsələlərin həlli mümkün olanları ilə əlaqədar aid strukturlara yerindəcə konkret tapşırıqlar verilib, icra yolları göstərilib.
Şəhər sakinləri səmimi şəraitdə keçən görüş-qəbuldan məmnun qalıblar.
Ş.Soltanov

Şərh Yaz