Müstəqil büdcəyə keçidlə əlaqədar tədbir

Heydər Əliyev Mərkəzində 10 saylı Ərazi Vergilər İdarəsinin mütəxəssislərinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib. Müstəqil büdcəyə keçidlə əlaqədar tədbir
Heydər Əliyev Mərkəzində 10 saylı Ərazi Vergilər İdarəsinin mütəxəssislərinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib. Müstəqil büdcəyə keçidlə əlaqədar tədbir       Tədbirdə 10 saylı Ərazi Vergilər İdarəsinin bölmə müdiri İntiqam Hidayətzadə müstəqil büdcəyə keçidlə əlaqədar qarşıda duran vəzifələr və Vergi Məcəlləsində edilən dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, müstəqil maliyyələşməyə keçidlə əlaqədar büdcənin gəlirlər bölməsinin icrası əsasən vergilərin ödənilməsindən asılıdır. Tədbir boyu iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov yekunlaşdırıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz