Yaddas kitabcasi

Hərb elminə həsr olunan ömür

1991-ci ildə, AzərbayВ¬can öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk olaraq milli ordu quruculuğu prosesində Azərbaycan Silahlı QüvВ¬vələrinin yaradılması və formalaşmasına başlanılВ¬dı. O zaman Böyük Vətən müharibəsində iştirak edən, artıq ehtiyatda olan peşəkar, təcrübəli hərbçiВ¬lər də istər nəzəri, istərsə də praktik baxımdan köməklərini əsirgəməyərək, Silahlı Qüvvələrimizin təşkil olunmasına öz bövük töhfələrini verdilər. Belə vətənpərvər, ağsaqqal veteranlarımızdan biri də bu günlərdə 95 illik yubileyini geyd edəcəyimiz polkovnik Mustafa Məhərrəmovdur.
Hərb elminə həsr olunan ömür
Hərb elminə həsr olunan ömür
Mustafa Məhərrəmov Böyük Vətən müharibəsinin əvvəlВ¬lərində yaranan, şəxsi heyətinin tərkibi əsasən azərbaycanВ¬lılardan ibarət olan 416-cı Taqanroq diviziyasının döyüşçü qəhrəmanlarından biri olub.
Mustafa Həbib oğlu Məhərrəmov 1922-cü il fevralın 25-də İsmayıllı rayonunun Basqal kəndində dünyaya göz açmışdı. O, 1941-ci ilin iyulunda İsmayıllı rayon Hərbi Komissarlığına cəbhəyə getmək üçün ərizə ilə müraВ¬ciət edir. Lakin rayonda qalıb kolxozda taşkilat işlərində yardımçı ehtiyacı olduğundan Mustafanın ərizəsini qəbul etmirlər. İnadından və məqsədindən dönməВ¬yən Mustafa ikinci dəfə də cəhd edir. Növbəti cəhdi uğurlu alınan Mustafa nəhayət, 1941-ci ilin dekabrın 15-də könüllü olaВ¬raq cəbhəyə, faşizmlə ölüm-dirim savaşına yola düşür.
Gənc Mustafa Tbilisi şəhərindəki artilleriya məktəbində müharibə dövrünün tələbindən irəli gələn ixtisas hazırlığı kursunu altı ay ərzində bitirərək, leytenant rütbəsində 416-cı atıcı diviziyasına göndərilir. Diviziyanın tərkibindəki 1374-cü alayın atıcı taqımının komandiri təyin olunan gənc leyteВ¬nant Mustafa Məhərrəmov əsgərlərinin döyüş hazırlığı ilə ciddi məşğul olur və onlarda düşmənə qarşı barışmazlıq hissləri – nifrət, kin tərbiyə edir. Gənc komandir alayın hüВ¬cum əməliyyatlarının birində iki düşmən tankını məhv edir, neçə-neçə atəş nöqtəsini susdurur və müşahidə məntəqəВ¬sini dağıdır. Döyüşlərdə göstərdiyi xüsusi şücaətlərinə görə taqım komandiri leytenant Mustafa Məhərrəmov “Qırmızı Ulduz” ordeninə layiq görülür. Gərgin döyüşlərin birində ağır yaralanan M.Məhərrəmov müalicə almaq üçün hospitala göndərilir.Yaralarının tam sağalmasını gözləməyən gənc zabit yenidən döyüşlərə atılır və 402-ci Azərbaycan Atıcı diВ¬viziyasında batareya komandiri təyin olunur. M.Məhərrəmov faşizm üzərində böyük qələbəyə qədər ön sırada olur və ən ağır, əhəmiyyətli döyüşlərdə göstərdiyi igidlikləri ilə fərqlənir.
Böyük Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra Mustafa Məhərrəmovun komandirlik bacarığı yüksək qiyВ¬mətləndirilir. O, 1951-ci ildə təhsilini davam etdirmək məqsəВ¬dilə Leninqraddakı Topçuluq Akademiyasına göndərilir. 1956-cı ildə akademiyanı fərglənmə diplomu ilə uğurla bitirən M.Məhərrəmov TürВ¬küstan Hərbi Dairəsində xidmətə başlayır. O, divizion koВ¬mandiri, diviziya qərargahı rəisinin müavini, Daşkənd Hərbi Məktəbində baş müəllim vəzifələrində xidmət edir.
Sonralar Mustafa müəllim orduda xarici ölkə zabitlərinə dərs keçmək zərurəti ilə əlaqədar Moskva Xarici Dillər İnstitutuna daВ¬xil olur və ingilis dili ixtisası üzrə oranı müvəffəqiyyətlə bitirir. 1966-cı ildə Vətənə dönən Mustafa Məhərrəmov AzərbayВ¬can Politexnik İnstitutunun hərbi kafedrasına tədris hissə rəiВ¬si vəzifəsinə təyin edilir. O, bu tədris müəssisəsində qazanВ¬dığı bilik və təcrübələrini tələbələrinə öyrədir və məzunları zabit rütbəsinə təqdim edirdi. Burada işlədiyi dövrdə yüksək peşəkarlığı ilə seçilən Mustafa müəllim “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunur. 1979-cu ilin yanvarın 5-də SSRİ Müdafiə nazirinin təşəkkür əmri ilə ehtiyata buraxıldıqdan sonra M.Məhərrəmov 13 il Azərbaycan İnşaat Mühəndisləri İnstituВ¬tunda xüsusi şöbənin müdiri vəzifəsində çalışır.
Müstəqil Azərbaycanda ordu quruculuğuna başlanan vaxВ¬tlarda ehtiyatda olan polkovnik M.Məhərrəmov Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində çalışmağa başlВ¬ayır. O, Hərbi Elmi Tədqiqat Mərkəzində normativ sənədləВ¬rin işlənib hazırlanması üzrə şöbənin rəisi və Müdafiə naziriВ¬nin hərbi strateji məsələlər üzrə müşaviri vəzifələrində işləВ¬yir. Həmçinin, 1992-cı ildə Müdafiə nazirinin müvafiq əmri ilə 4-cü Ordu Garnizonunun Döyüş Şöhrəti muzeyinin bazasında Hərb Tarixi Muzeyi yaradılır. Məhz Mustafa müəllim Hərb Tarixi Muzeyinin bütün hüquqi-normatif və təşkilatı işlərini həyata keçirir. 1993-1997-cı illərdə polkovnik M.Məhərrəmov Müdafiə Nazirliyinin “Hərbi “Bilik” jurnalının idarə heyətində çalışarkən, Müdafiə Nazirliyinin hərbi dərslikləri, hərbi texnikanın istifadəsinin təlimatları, hərbi kəşfiyyatın döyüş təlimatları, ordunun nizamnaməsinin və s. hüquqi-normativ sənədlərin hazırlanmasında müstəsna rolu olub. Onun məktəbini keçən texniki ixtisaslara malik zabitlərin əksəriyyəti bu gün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində məsul vəzifələrdə xidmətini davam etdirir. 1995-ci ildə Müdafiə Nazirinin müvafiq əmri ilə göstərdiyi xidmətlərə görə Mustafa müəllim “Şöhrət” ordenı ilə təltif edilmişdir. Mustafa müəllim hansı vəzifədə olursa-olsun, hərbi müВ¬təxəssis kimi özünün əməli-nəzəri, elmi potensialını nümayiş etdirərək yorulmadan çalışmışdır.
O hər biri 9000 min sözlük olan “Rusca-Azərbaycanca hərbi lüğət”, “Azərbaycanca-rusca hərbi lüğət” və 18000 min sözlük “Türkcə-Azərbaycanca hərbi lüğət” kitablarının müəllifidir. 90000 min sözlükdən ibaВ¬rət “Türk-fars-ərəb-Azərbaycan hərbi lüğəti” Mustafa müəlliВ¬min ömrünün son dövrlərində üzərində işlədiyi kitablarından idi. Lakin amansız ölüm həmin lüğəti axıracan işləyib hazırВ¬lamağa imkan vermədi…
Mustafa müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq. Onun keçdiyi mənaВ¬lı, şərəfli ömür yolu hər kəsə örnəkdir.
Kamran Behbudov

Şərh Yaz