Əkrəm Şirinov (Məmməd) –“ 70

Əkrəm ixtisasca jurnalist idi, canında satirik ruhu vardı. Qələmi iti idi. Tutduğu, düz bildiyi yola çoxlarından sədaqətli idi. Redaksiyadan qələminə görə bir müddət rayon Partiya Komitəsində təlimatçı işləməyə gətirildi. Buradakılar çox istəyirdilər ki, onların məruzələrini, çıxışlarını Əkrəm Şirinov yazsın. Г‡ünki yazı baxımından bəziləri piyada idi. Bu məsələlərə sonra qayıdarıq. İndi isə Ə.Şirinovun şairliyinə müraciət edək.
Əkrəm Şirinov (Məmməd) –“ 70
Əkrəm Şirinov (Məmməd) –“ 70
İsmayıllıda yaşayırdı, lakin həmişə fikri, düşüncəsi, ürəyi Qalacıqda –“ anadan olduğu kənddə idi. Şerlərinin birində yazırdı:
Nə yaman yuxuma girir o yerlər,
İndi mənim üçün pirdir o yerlər.
Daha səcdəsindən əl çəkəmmərəm,
Ana laylası tək sirdir o yerlər,
Bir də o yerlərə qayıda bilsəm.
Arzulasa da, qayıda bilmədi. 2007-ci il 16 apreldə – 60 yaşına çox az qalmış cismi yox, ruhu Qalacığa qayıtdı.
Səhər-səhər həmişəki vaxtda işə gəlmişdik. Əkrəm yox idi. Narahat idik. Respublika mətbuatında, jurnalistika aləmində tanınan, “Azərbaycan” qəzetinin bölgə müxbiri Famil Abbasovun narahatlığı lap həddini aşmışdı. Öyrəndik ki, dostumuz işə gələndə ürəyi narahat olub. Getdik evlərinə. Əkrəmdə həyat əlaməti görmədik. Famil Abbasov balkona çıxıb sütuna söykənib hönkürməyə başladı. Bir həftədən sonra ömrünü övladlarına, nəvəsinə bağışlayıb bu dünya ilə vidalaşdı Əkrəm.
Əkrəm Məmməd oğlu Şirinov 1947-ci il 25 may tarixdə Qalacıq kəndində anadan olub. Həmin kənddə orta təhsili başa vurub. O zamankı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olub. İlk kurslardan “Zəhmətkeş” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayıb.1974-cü ilin avqust ayında qəzetin redaktoru təyin olundum və 1978-ci ilədək həmin vəzifədə işlədim. İti qələmli jurnalist, obyektiv yazılar müəllifi, şair, bununla yanaşı publisistik yazıları, oçerkləri zarisovkaları ilə oxucular tərəfindən yaxşı tanınan Əkrəm Şirinov o zaman “Zəhmətkeş” qəzetinin məktublar şöbəsinin müdiri idi. Eyni zamanda yaranandan üzvü olmuş “Dağ çiçəkləri” ədəbi məclisinin sədrliyini də uğurla aparırdı.
Əkrəmin tənqidi yazılarına, felyetonlarına Respublika Prokurorluğundan, Kənd Təsərrüfatı Nazirliyindən, Kənd Təsərrüfatı Texnikası Təchizatı Komitəsindən cavablar gəlirdi. Raykomun bürosunda müzakirələr aparılır, tədbirlər görülürdü. O zaman yaxşı yazarların hesabına o qəzet rayon rəhbərliyinin əlində bir ideya silahı idi. (İndi də bölgələrdə qəzet çıxır hamar, sapa düzülmüş “incilər”) İndi qəzetçinin təfəkküründə belə tənqid yazmaq barədə təsəvvür belə yoxdur.
Əkrəmdən, elə onun əmək fəaliyyətindən yazıram. Bəs deyilmi?
Məhruzə xanım pediatriya fakültəsini bitirib İsmayıllı rayonuna təyinatla gəlmişdi. Ailəmizdə çox hörmətlə qəbul edilən bu həkimin uşaqlarımızın sağlam böyüməsində böyük xidmətləri vardı. Ona görə də şair Əkrəmin Məfruzə xanıma olan ailə məqsədli hislərinin reallığa çevrilməsində ailəmizin də bu və ya digər dərəcədə iştirakı olub. Redaksiyamızın kollektivi tam tərkibdə Vəndamda Musa kişinin evində keçirilən nişan mərasimində arzu edilən qonaqlar kimi qarşılanıb, “Zəhmətkeş” qəzeti redaksiyası ilə Mərkəzi Xəstəxana qohumlaşdı. Jurnalist Əkrəm müəllimlə uşaq həkimi Məhruzə xanımın qarşılıqlı məhəbbətindən yeni ailə yarandı, sonrakı illərdə bu ailə cəmiyyətə İlham və İnam adlı ləyaqətli oğullar bəxş etdi.
Yenidən qayıdıram həmkarım, iş və qələm yoldaşım Əkrəm Şirinovun ictimai və əmək fəaliyyətinə. İndi çoxları deyər ki, YAP rayon təşkilatını mən yaratmışam. Bir başa deyim ki, ideoloq olmağı bacaran Şirinovun YAP rayon təşkilatının yaradılması və təşkilatlanmasında, onun yad təsirlərdən qorunmasında əməyi daha çox olub. İşsiz olanda da, “demokratik qüvvə” adlanan qrup hakimiyyəti ələ keçirəndə də Əkrəm Şirinov əsil mənada döyüşkənliklə Heydər Əliyev şəxsiyyətinə sədaqət göstərib. Təqib olunsa da, işsiz saxlansa da, dövlətçiliyə xidmət yolundan dönməyib. Kimsə fikirləşər ki, o hansı vəzifənin sahibi olub ki, onun barəsində belə sözlər yazılır? Bu fikrə düşənlər səhv edirlər. Qeyd etdiyim keyfiyyətlər vəzifə dərəcəsi ilə müəyyənləşmir.
Ümummilli liderimiz Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra yerlərdə hakimiyyəti zəbt edənlər əsil kadrlarla əvəz edildilər. 1993-cü ildə Əkrəm müəllimi də Rayon İcra Hakimiyyətinə – humanitar şöbəyə baş məsləhətçi gətirdilər. YAP rayon təşkilatı sədrinin müavini kimi uzun illər ictimai fəaliyyət göstərdi.
Ilkin zamanlarda ümummilli liderin hakimiyyətini bəyənməyənlər, özlüyündə ona qarşı çıxanlar tək-tək də olsa vardı. Rayonda məsul vəzifə tapanlardan fərqli olaraq Əkrəm Şirinov açıq-aydın, çəkinmədən öz sözünü deyirdi. Elə bu sözü demək cəsarərtinə görə onun potensialından istifadə edir, lakin vəzifədə bir pillə də irəliləməsini rəva bilmirdilər. Bu, Əkrəm üçün əhəmiyyəli deyildi. Onun üçün əhəmiyyətli, vacib o idi ki, Ulu öndərin qurduğu, yaratdığı, təşkilatlandırdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətində cani-dildən iştirak edir. Icra orqanında kiçik bir vəzifə tutsa da, böyük işlər görməyə çalışırdı. Şairliyi ilə öyünməyən, lakin yaxşı şerlər yazan, həyatı boyu nöqsanları, əqidəsizliyi qamçılayan, mənsub olduğu partiyaya daim sədaqətli olan, əsil mətbuat işçisi, güzəştsiz publisist, 60 yaşında dünyasını dəyişən tanınmış ziyalı Əkrəm Şirinovun 70 illiyinə yaxınlaşırıq. Övladlarına, nəvələrinə: “Azərbaycana atanız, babanız kimi xidmət edin” – deyirik.
Məhruzə xanıma təşəkkür edirik ki, həyat yoldaşının ictimai fəaliyyətini 86 saylı Dairə Seçki Komissiyasının katibi kimi davam etdirir. Ümid edirik ki, YAP rayon təşkilatı bu günkü gəncləri keçmişdə xidmətləri dah çox olmuş YAP-çılarla müntəzəm tanış edəcək. Sanıram ki, birinci addımı mən atdım. Buyurun, yenidən tanış olun: Şirinov Əkrəm Məmməd oğlu.
Valeh Salehov,
Dövlət qulluğu veteranı, jurnalist

Şərh Yaz