Konsertlə bitən istehsalat təcrübəsi

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məktəbəqədər təlim-tərbiyə ixtisası fakültəsinin tələbələri şəhər 1 və 3 nömrəli körpələr evi-uşaq bağçasında təcrübə keçiblər. Təcrübə müddətində tələbələr uşaqların təlim-tərbiyəsi ilə məşğul olublar.
Konsertlə bitən istehsalat təcrübəsi     Müxtəlif yaş qruplarında təcrübə məqsədi ilə aparılan təlimlərdə tələbələrə istiqamət verən və lazımı pedoloji qaydaları mənimsənilməsinə şərait yaradan bağça müəllimlərinin də əməyi olub. Mart ayının 6-da 1 nömrəli körpələr evi-uşaq bağçasının körpə fidanları, bağçanın kollektivi təcrübəçi tələbələrlə birgə möhtəşəm konsert proqramı ilə çıxış ediblər. İsmayıllı rayon Uşaq kitabxanasında verilən konsert coşqu ilə qarşılanıb. Konsertdə rəngarəng səhnəciklər, şeirlər, rəqslərlə çıxış edən fidanlar sonda müəllimlərini və təcrübəçi tələbələri səhnəyə dəvət ediblər.
Tələbələr konsertin hazırlanmasında əməyi olanlara, təcrübə keçmək üçün onlara şərait yaratmış uşaq bağçalarının müdiriyyətinə və tərbiyəçi müəllimlərə dərin minnətdarlıqlarını bildiriblər.
Ləman Səmədova

Şərh Yaz