Uşaqların hər birinə öz övladı kimi baxır

Sinif müəllimi… Yaşından asılı olmayaraq hamı ona dərs demiş müəllimlər arasında ilk müəlliminin adını hörmətlə xatırlayır. Taleyinə belə xoşbəxt məqamlar düşmüş insanlardan biri İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinn ibtidai sinif müəllimi Brilyant Əliyar qızı Salehovadır.
Uşaqların hər birinə öz övladı kimi baxır

Kollektivdə bu müəllimi bugünün fəal təhsil işçisi kimi tanıyırlar. O, uşaqların hər birinə öz övladı kimi baxır, gələcəkləri barəsində düşünür. Atası Əliyar müəllimin nəsihətləri və tövsiyyələri ilə böyüyüb. Anası Г‡imnaz xanımdan həmişə eşidib ki, uşaqları sevə bilməyənlər, onları tərbiyə edə bilməzlər. Brilyant xanım uşaqlara bilikləri pedaqoji ustalıqla öyrədir. Onları Vətənə, doğma torpağa böyük məhəbbət hissi ilə tərbiyə edir. Şagirdlər də öz növbəsində dərslərdən bəhrələnməyə hazırdırlar.
O, dərsdə yeni təlim texnologiyalarından istifadə etməklə, şagirdlərin bacarıqlarını inkişaf etdirir, onlarda özünəinamı stimullaşdırır. Ünsiyyətin və qrupdaxili əlaqələrin inkişafına nail olur.
Söhbət əsasında Brilyant müəllim dedi:
– Məktəb uşağın dünyagörüşünü, davranışını tamamilə dəyişir. Məktəblə əlaqə uşaqlar, elə onların valideynləri üçün də yeni həyat, yeni münasibətlər, yeni fəaliyyət deməkdir. Buna görə də hər gün valideynlərlə görüşür, onların köməyindən istifadə edirəm. Təcrübəmdən görmüşəm ki, valideynlərlə sıx ünsiyyət təlimin keyfiyyətinin yüksək olmasına zəmin yaradır. Sevinirəm ki, çəkdiyim zəhmət hədər getmir…
O, yaxşı bilir ki, müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir. Şagirdlərlə müqayisələr aparır, faktları ümumiləşdirir və sonda onların özlərinin nəticə çıxarmasına şərait yaradır. Bu yolla şagirdlərdə maraq və meyllər tələblər formalaşır ki, bunlar da şagirdləri yaradıcılığa sövq edir. O, hər bir şagirdin qabiliyyətini nəzərə alır, riyazi və məntiqi təfəkkürünü inkişaf etdirir. Müəllim və şagird əməkdaşlığına ciddi fikir verir.
Brilyant müəllim nümunəvi ailə başçısıdır. Ömür gün yoldaşı Fikrət Salehov 2009-cu ildə dünyasını dəyişib. Qızı Aynur ADPU-nun biologiya fakültəsini bitirib. Ailəlidir, bir övladı var. Oğlu Elnur ADİU-nun iqtisadiyyatın tənzimlənməsi fakültəsini müvəffəqiyyətlə başa vurub. Xalq Bankın İsmayıllı rayon filialında çalışır.
B.Salehova zəngin təcrübəsinə arxalanan müəllim, ibtidai siniflər üzrə metodbirləşmənin fəal üzvlərindəndir. Səmərəli olan bütün işləri həmkarları ilə bölüşür. O, I “c” sinfinin rəhbəridir.
Brilyant müəllimi Novruz bayramı münasibəti ilə təbrik edir, gənc nəslin təlim və tərbiyəsində uğurlar dikləyirik.
Elnur Məmmədov,
valideyn

Şərh Yaz