Məktəbli istedadların konserti

İsmayıllı rayon Uşaq kitabxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbli istedadların konsert proqramı ilə çıxış etmələri təşkil olunub. Konsert öncəsi kitabxananın müdiri Rəna Süleymanova və İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Gülnarə Mirzəliyeva çıxış edərək qadınlarımızı təbrik edib, bu bayramın yaranma tarixindən və ümumbəşəri mahiyyətindən söz açıb.
Məktəbli istedadların konserti
Sonra qadınları təbrik məqsədilə hazırlanmış konsert proqramına start verilib. Konsertdə əsasən şeir parçaları, mahnılar, oyunlar, rəqslər və monoloqlar yer alıb.
Konsertdən sonra kitabxana işçiləri və tədbir iştirakçıları çay süfrəsinə dəvət olunublar.
Rusan Qasımov

Şərh Yaz