İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir

Azərbaycanda turizmin inkişaf etdirilməsi, turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya Mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral 2015-ci il tarixdə İsmayıllı Turizm İnformasiya Mərkəzi (TİM) yaradılmışdır.İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir
İsmayıllı TİM-i bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz habelə, informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə ətraflı məlumatlar göndərir, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisini və yerləşməsini təmin edir.
Ötən il bölgənin turizm potensialını əks etdirən flayerlər, bukletlər hazırlanaraq çap olunmuşdur. Bukletdə tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri, rayonun görməli yerləri, regionun mədəni irsi, regionun mətbəxi, ailəvi istirahət mərkəzləri, xalq sənətkarlığı əks olunmuşdur. Magistral yol kənarlarına reklam banerləri vurulmuşdur.
Ayrı-ayrı vaxtlarda Göygölə, Şəkiyə, Qəbələyə turlar təşkil olunmuşdur.
Regionda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə əlaqə qurulmuş, müəssisələrin təklif etdikləri qiymətlərlə tanış olunmuş və məlumat mübadiləsi aparılmışdır. Müəssisə fəaliyyətə başladığı müddətdən elektron səhifəsi yaradılmış, regionun turizm potensialı elektron səhifə üzərindən mütəmadı olaraq yayımlanır. Mərkəzin fəaliyyətə başlaması ilə bağlı ümumi məlumat hazırlanmış və xəbər agentliklərində yayımlanmışdır.
27 avqust 2016-cı il tarixdə keçirilən Qəbələ IV Beynəlxalq Mürəbbə festivalında müəssisəmiz yaxından iştirak etmişdir.
Heydər Əliyev Fondu, “Regional İnkişaf” ictimai birliyi və Azərbaycan Turizm Menecment Universitetnin təşkilatçılığı ilə 10 günlük “Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi” kursları keçirilmiş, müəssisənin 2 işçisi həmin təlim kursunun attestasiyasını uğurla keçərək İsmayıllı rayonunda turizm bələdçisi kimi fəaliyyət göstərməyə hüquq qazanmışdır.
Aprel ayında Bakı Ekspo Mərkəzində keçirilən 15-ci yubiley “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisində İsmayıllı TMİ-i iştirak etmiş və rayonun turizm potensialını təbliğ etmişdir. Həmçinin rayonda fəaliyyət göstərən bir neçə istirahət mərkəzinin sərgidə iştirakı təmin olunmuşdur.
Şəkidə “Türk Dünyasının Mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasinmində İsmayıllı TİM-i iştirak etmiş və əl işlərindən ibarət nümunələr sərgilənmiş, regionun təbliğ edən bukletlər paylanmışdır.
İsmayıllı TİM iyul ayında keçirilən I Beynəlxalq Dolma festivalında iştirak etmişdir.
Regionun turizm xəritəsi hazırlanaraq çapdan çıxarılmış, 8 istiqamət üzrə turist marşurutları hazırlanmışdır. Kənd turizmi ilə məşğul olan şəxslərlə görüşlər keçirilmiş, ev sahiblərinə bir sira tövsiyələr verilmiş, evlər haqqında ümumi məlumat bazası yaradılmışdır.
“Kənd yaşıl turizmin inkişafına dəstək” ictimai birliyinin təşkil etdiyi kiçik sahibkarlığın inkişafı məqsədi ilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı layihəsində İsmayıllı TİM-in işçiləri iştirak etmişdir.
Bundan əlavə olaraq “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”nin təşkil etdiyi “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırma” mövzusunda İsmayıllı TİM-i işçilərinin iştirakı ilə birgünlük təlim təşkil olunmuşdur. Təlim prosesində ümumi müzakirələr aparılmışdır.
İsmayıllı ayrı-ayrı vaxtlarda televiziya və kino çəkilişlərinə köməklik göstərmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının il dönümü ilə əlaqədar “İsmayıllı-Г‡uxur Qəbələ-Tufandağ” turu təşkil olunmuşdur.
İsmayıllıdakı 23 istirahət mərkəzində bir gecədə 1143 qonaq yerləşməsi mümkündür.
2010-cu ildə rayona 25 min turist gəlmişsə, bu göstərici 2015-ci ildə 99500 nəfər, 2016-cı ildə isə 101755 nəfər olmuşdur.
Bundan əlavə 100 mindən çox turist gecələmədən istirahətini rayonda keçirib.
2010-cu ildə 4 nəfərlik kottecin qiyməti 120-150 manat arası dəyişirdisə, bu rəqəm hazırda 60-80 manatdır. Rayonda infrastrukturun yaradılması, yolların təmir olunması, qiymətlərin aşağı salınması turizm sahəsində ixtisaslı kadrların çalışmasının nəticəsi olaraq günü-gündən qonaqların sayı artmaqdadır.
gotoismailli.az saytının rayon turizminə böyük təsiri olmuşdur. İstirahətini rayonumuzda keçirmək istəyən qonaqlar bu sayt vasitəsilə də lazim olan məlumatları əldə edə bilirlər.
Rayonda “Kənd yasıl turizmi“ ilə məşgul olan 20-ə yaxın ev sahibi vardısa, bu göstərici 2016-ci ildə 150 nəfərə yaxındır. Bir gecədə 800-ə yaxın qonağın kənd evlərində qalması mümkündür. Bu da yerli əhalinin sosial rifah halının yaxşilaşması üçün bir istiqamətdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin sərəncamına əsasən İsmayıllı rayonun Mərkəzi meydanında iyun ayının 1-dən “Turist bazarı” fəaliyyətə başlamışdır. Bazarda regionu əks etdirən əl işləri sərgilənir və satışı həyata keçirilir, hər günün sonunda mədəniyyət müəssisələrinin mədəni-kütləvi tədbirləri təşkil olnur. İsmayıllı TİM-i tərəfindən həmin proqramlar mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərinə də göndərilir.
Həftənin sonlarında istirahət mərkəzlərində İsmayıllı TİM tərəfindən Azərbaycan filmləri nümayiş olunur. Bu addım istirahət edən qonaqlar tərəfindən xoş qarşılanır. Hazırda regionun bələdçi kitabçası hazırlanır. Bu, qonaqların regionun turizmi haqqında məlumatlanmasına kömək olacaqdır.
Rayon mərkəzində tikintisinə başlanılan otelin rayonda turizmin inkişafına böyük təsiri olacaqdır.
Buynuz və Cülyan kəndlərində şəlalə, Talıstan kəndinin şimalında dağlıq ərazidə yerləşən Qaranohur gölü rayonunun gələcək turizmi üçün əlverişli təbiət gözəllikləridir. Hazırda bu təbii gözəlliklərə maraq göstərənlər çoxluq təşkil edir.
Ümumilikdə götürsək, İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir.
S.Süleymanov,
İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru

Şərh Yaz