Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə İsmayıllı rayonunun 2016-cı il sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştira

Möhtərəm cənab Prezident!
Biz – 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları dövlətimiz qarşısında məsuliyyətimizi dərindən dərk edərək bildiririk ki, 10 avqust 2016-cı il tarixdə İsmayıllıya etdiyiniz səfər zamanı qarşıya qoyduğunuz vəzifələrin sona qədər yerinə yetirilməsinə səfərbər olmuşuq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışınız bizim səfərbər sıralarımızı daha da sıxlaşdırmışdır. 2016-cı ilin sosial-iqtisadi inkişafı ilə əlaqədar müəyyən etdiyimiz hədəflərə uğurla çatmışıq. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə  İsmayıllı rayonunun 2016-cı il sosial-iqtisadi inkişafının yekunlarına və  2017-ci ildə qarşıda  duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının müraciətiMöhtərəm cənab Prezident!
Biz – 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları dövlətimiz qarşısında məsuliyyətimizi dərindən dərk edərək bildiririk ki, 10 avqust 2016-cı il tarixdə İsmayıllıya etdiyiniz səfər zamanı qarşıya qoyduğunuz vəzifələrin sona qədər yerinə yetirilməsinə səfərbər olmuşuq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışınız bizim səfərbər sıralarımızı daha da sıxlaşdırmışdır. 2016-cı ilin sosial-iqtisadi inkişafı ilə əlaqədar müəyyən etdiyimiz hədəflərə uğurla çatmışıq.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə  İsmayıllı rayonunun 2016-cı il sosial-iqtisadi inkişafının yekunlarına və  2017-ci ildə qarşıda  duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının müraciəti
Rayonun özünümaliyyələşməsi üçün əsas yaranıb. Bir sıra unudulmuş təsərrüfat sahələri-tütünçülük və baramaçılıq bərpa edilmiş, tapşırığınızın nəticəsi olaraq 500 hektar ərazidə fındıq bağları salınmış, kənd təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və ona elmi yanaşma daha yüksək nəticələr qazanmağımıza şərait yaratmışdır.
Biz bütün varlığımızla ali şəxsiyyətinizə minnətdar olaraq bildiririk ki, dünya nizamının pozulduğu bir zamanda, obyektiv çətinliklərin mövcud olduğu bir şəraitdə Sizin rəhbərlik qüdrətinizlə, idarəetmə ustadlığınızla hər bir bölgə, bütövlükdə ölkə inkişaf tempini davam etdirir. Neft sektorundan gəlirlər azaldıqca qeyri-neft sektorunda gəlirlər artır. Kənd təsərrüfatı istehsalanın yeni müasir sahələri yaranır.
Xarici siyasətdə, diplomatik fəaliyyətdə qazandığız qələbələr ölkə həyatının sabitliyini və təhlükəsizliyini təmin edir. Bütün İsmayıllı sakinləri adından sabaha daha böyük ümidlə bildiririk ki, uğurlarımız, nailiyyətlərimiz, problemlərin müvəffəqiyyətlə həlli yaratdığınız bu şəraitin nəticəsidir.
Hesabat yığıncağında keçən il görülmüş işlərə təhlili və tənqidi yanaşmaqla yekun vurmuş, 2017-ci il üçün müəyyən etdiyimiz ilkin layihələri müzakirə etmiş, icrası üçün proqram müəyyənləşdirmişik. 2017-ci il və gələcək illər üçün layihə və proqramları hazırlamaqda mütləq olaraq Sizin Sərəncam, göstəriş, tapşırıq və tövsiyələrinizi, imzaladığınız sosial-iqtisadi inkişaf proqramlarını əsas götürmüşük.
Möhtərəm cənab Prezident!
Beynəlxalq arenada özünü bir siyasətçi kimi təsdiq etmiş Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməyiniz bütün İsmayıllı ictimaiyyəti tərəfindən bəyənilir, təqdir olunur və ürəkdən alqışlanır. Azərbaycan naminə birgə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Siz İsmayıllıya səfəriniz zamanı ictimaiyyət nümayəndələri ilə görüşünüzdə demişdiniz: “İsmayıllı rayonunun inkişafı da məni sevindirir”. İsmayıllılar da Sizin varlığınıza, Sizin Prezidentliyinizə, Azərbaycanımızın bu gününə və gələcəyinə, xalqımızın həyatına, milli yüksəlişimizə ürəkdən sevinirlər.
Allah Sizi sevindirsin! Azərbaycanımız, xalqımız, ölkənin hər bir vətəndaşı üçün var olasınız!
Dərin hörmət və ehtiramla:
İsmayıllı rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları
27 fevral 2017-ci il

Şərh Yaz