Ötən ilin uğurları, qarşıda duran vəzifələr

Fevralın 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaq öncəsi ümummilli lider Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi rayon rəhbərliyi və qonaqlar tərəfindən ziyarət olunub, abidənin önünə tər çiçəklər qoyulub.Ötən ilin uğurları, qarşıda duran vəzifələr
Ötən ilin uğurları, qarşıda duran vəzifələr
Ötən ilin uğurları, qarşıda duran vəzifələr     Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, hüquq-mühafizə orqanlarının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, iş adamları, fermerlər, ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər. İştirakçılar rayonun sənaye və kənd təsərrüfatı potensialını əks etdirən sərgi ilə tanış olublar.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş məruzə ilə çıxış edib, 2016-cı ildə rayonda sosial-iqtisadi, tikinti-abadlıq, kənd təsərrüfatı, sənaye və mənəvi quruculuq sahəsində görülmüş işlər, həyata keçirilən tədbirlər, həmçinin 2017-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
Məruzə ətrafında çıxışlar dinlənilib. “Buta” şirkətinin nümayəndəsi Səfa Yaqubov, “Azza-Aqro” MMC-nin icraçı direktoru Nəriman Hüseynov, rayon prokuroru Ülvi Abbasov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, RİH başçısının İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina, Gəraybəyli kənd tam orta məktəbinin gənc müəllimi Aygün Səfəralıyeva, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxış edərək son illər və hesabat dövründə rayonda görülmüş işlər, həyata keçirilən tədbirlər, iqtisadi, sosial inkişaf, qarşıda duran vəzifələr barədə danışıblar.
Milli Məclisdə təmsil etdikləri bölgənin problemlərinin həlli istiqamətində gördükləri işlər barədə millət vəkilləri Novruzəli Aslanov və Tahir Kərimli məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, onun İsmayıllıya etdiyi səfər zamanı verdiyi tövsiyə və tapşırıqlardan, rayonun inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışıb, problemlərin həlli yolları barədə məlumat verib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Azər Bədəlov

Şərh Yaz