Görüşlər problemləri həll edir

RİH-nin başçısı Pirəbilqasım və Bəhliyan kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. İsmayıllıdakı xidmət idarələrinin rəhbərlərinin də iştirak etdiyi bu görüşdə öncə RİH başçısı Mirdaməd Sadıqov son illərdə rayonda, eləcə də rayonun ayrı-ayrı yaşayış məntəqələrində görülən işlərdən, infrastrukturun əsaslı şəkildə, yaxşıya doğru dəyişməsindən danışıb. Başçı həmçinin ölkədəki sabitlikdən, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən söz açıb.
Görüşlər problemləri həll edir
42 təsərrüfat və 62 evdən ibarət Pirəbilqasım kəndinin 141 nəfər sakini var. Kəndin əhalisi əsasən taxılçılıq və maldarlıqla məşğul olur. Son illərdə tikilmiş 80 şagird yerlik ibtidai məktəbdə 6 nəfər şagird təhsil alır. Bir vaxtlar rayonun tanınan kəndlərindən olan Pirəbilqasımın bu qədər kiçilməsi ciddi narahatçılıq doğuran haldır.
Sakinlər magistral yoldan kəndə qədər olan yolun əsaslı təmir olunmasını, kəndə içməli su xəttinin çəkilməsi, kənddaxili yararsız elektrik dirəklərinin dəyişdirilməsini, qəbiristanlıq yoluna çınqıl döşənməsini xahiş kimi diqqətə çatdırıblar.
Həmin görüşdə iştirak edən Bəhliyan kənd sakinləri də içməli su problemi istisna olmaqla oxşar problemləri olduqlarını bildiriblər.
Sakinləri diqqətlə dinləyən RİH başçısı aidiyyəti idarələrin rəhbərlərinə problemə çevrilən məsələlərin həll olunması barədə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz