Vandalizm qətiyyətlə pislənib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq İsmayıllı rayon ümumtəhsil məktəblərində də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirilib. 24 fevral 2017-ci ildə digər məktəblərdə olduğu kimi, İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində də Xocalı qətliamını qeyd etmək məqsədi ilə anım mərasimi təşkil olunub. İlk olaraq soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vandalizm qətiyyətlə pislənib
Məktəbin direktoru Gündüz Qədirov çıxış edərək Xocalı həqiqətlərindən bəhs edib. Bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı qətliamından bizi 25 il zaman məsafəsi ayırır. Bu hadisə yüz illər sonra da xalqımızın yaddaşından silinməyəcək. Xocalı faciəsi ilə bağlı tədbirləri təkcə 26 fevral ərəfəsində deyil, müntəzəm keçirtmək lazımdır. Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Daha sonra məktəbin tarix müəllimləri də çıxışlarında qeyd ediblər ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Rusiyanın Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı ermənilərin məkrli siyasəti olmaqla qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Г‡ıxışların hər birində erməni vandalizmi qətiyyətlə pislənib, və şəhidlərimizin ruhuna dualar oxunub.
Şagirdlərin ifasına Xocalı soyqırımına həsr edilmiş kompozisiyalar nümayiş etdirilib, film izlənilib.
E.Qasımova

Şərh Yaz