İsmayıllılar “Ana harayı” abidəsinə yürüş etdilər

İsmayıllıda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinə kütləvi yürüş edilib. 26 fevral 2016-cı il tarixədək Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil orta məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib.İsmayıllılar “Ana harayı” abidəsinə yürüş etdilər
İsmayıllılar “Ana harayı” abidəsinə yürüş etdilər
İsmayıllılar “Ana harayı” abidəsinə yürüş etdilər     26 fevralda saat 10-da mərkəzi meydanda toplanmış 5000 nəfərdən çox İsmayıllı sakini rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə doğru hərəkət edib.
İştirakçılar əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutublar.
Abidənin qarşısında rayon ağsaqqalı Valeh Salehov, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, Xocalı sakini Zakir Bəndəliyev, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həmin faciənin dəhşətlərindən danışaraq qisas gününün yaxın olduğunu bildiriblər.
Ağdam şəhər 30 nömrəli tam orta məktəbi şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub. Faciədə həlak olanların və şəhidlərin ruhuna dualar oxunub. Sonra “Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri qoyulub.
Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Nəsimi Teymurov

Şərh Yaz