Elmi-nəzəri baxımdan silahlanma

İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin konfrans zalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabına həsr olunmuş elmi konfrans keçirilib. Konfrans rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, Rayon Təhsil Şöbəsinin və rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.
 Elmi-nəzəri baxımdan silahlanmaTədbiri giriş nitqi ilə təhsil veteranı, jurnalist Valeh Salehov açaraq qeyd edib ki, akademik Ramiz Mehdiyev dövlət siyasətinin və ideologiyasının müxtəlif istiqamətlərinin fəlsəfi əsaslarını işləyib hazırlayır, nəzəri təhlilini verir, praktik əhəmiyyətini şərh edir. Bütün bunları məqalələr formasında dövri mətbuatda çap etdirir, kitablar vasitəsilə oxuculara çatdırır. Dövlət siyasəti və ideologiyasının təbliğatçılarını elmi-nəzəri baxımdan silahlandırır.
“Yeni dünya nizamı və milli ideya” mövzusunu əhatə edən eyni adlı kitab da qeyd olunan çap məhsullarının ən əhəmiyyətlisidir.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova “Yeni dünya nizamı və milli ideya” kitabı barədə məruzə edib.
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, İvanovka kənd tam orta məktəbinin müəllimi Polina Radayeva, Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov və ehtiyatda olan polkovnik, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev maraqlı çıxışlar ediblər.
Müxtəlif mövqelərdən yanaşmanın nəticəsi olan çıxışlar iştirakçılar tərəfindən diqqətlə dinlənilib. Tədbirin iştirakçıları dialoq formasında kitab barədə çıxışlarda söylənilən fikirləri davam etdiriblər.
A.Bədəlov

Şərh Yaz