Nəqliyyatların hərəkəti bərpa olunub

Fevral ayının ikinci ongünlüyündə İsmayıllı rayonunda qarın intensiv olaraq yağması güclü küləklərin əsməsi ilə müşayiət olunub. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun 7-11-ci kilometrliklərində çovğun nəticəsində hündür qar kütləsi toplanmaqla nəqliyyatın hərəkəti iflic vəziyyətə gəlmişdi. Nəqliyyatların hərəkəti bərpa olunub
Rayon fövqəladə hallar komissiyasının təşkilatçılığı, İsmayıllı 9 saylı Yol-İstismar İdarəsinin texniki icraçılığı ilə əvvəlcə (bütün növ qartəmizləyən texnika, ekskavator və buldozerləri işlətməklə) avtomobil yolunun bir zolağı bərpa edilib. İkinci zolağın tam açılması üçün yol idarəsi ilə bərabər İvanovka kəndindəki təsərrüfatın və İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları da fövqəladə vəziyyətin aradan qaldırılmasında iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz