Uşaq kitabxanasında Xocalı şəhidləri yad edilib

24 fevral 2017-cı il tarixdə rayonun Uşaq kitabxanasında, İsmayıllı MKS-nin və İsmayıllı Regional Bilik Evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ələddin Ələkbərov Xocalı faciəsinin unudulmaz, ağrılı məqamlarından danışıb. Uşaq kitabxanasında Xocalı şəhidləri yad edilib       Tədbirdə çıxış edən İsmayılı rayon İcra Hakimiyyəti aparatının səlahiyyətli nümayəndəsi Murad Məhərrəmov, İsmayıllı Regional Bilik Evinin direktoru Sevinc Novruzova, rayon YAP gənclər təşkilatının sədri Şəhla Qafarova və digərləri “Xocalıya ədalət” kompaniyasının geniş miqyasda davam etməsindən, torpaqlarımızın bütövləşməsi yolunda cənab Prezident İlham Əliyevin apardığı siyasətdən danışıblar.
Şagirdlərin ifası ilə Xocalı faciəsi bir daha yeniyetmələrin yaddaşında canlandırılıb. Tədbirdə iştirak edən gənclər vətənpərvərlik hisslərini gücləndirən, qələbəyə çağıran şerlər söyləyiblər.
Sonda İsmayıllı məktəblilərinin əl işlərindən ibarət və “Xocalıya ədalət” adlı sərgiyə baxış keçirilib.
Elnarə Qasımova

Şərh Yaz