Məktəb rəhbərliyinin əməyi böyükdür

Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində məzunlarla keçirilən görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
Məktəbin direktoru Şəmsiyyə Əhmədova tələbələri məktəbin fəxri qismində salamlayaraq onları gələcəyin ziyalı şəxsiyyətləri kimi görmək arzusunda olduğunu qeyd etdi. Tədbirə ali məktəblərdə təhsil alan 30-a yaxın məzunla yanaşı, kolleclərdə təhsil alanlar da dəvət olunmuşdu.
Məktəb rəhbərliyinin əməyi böyükdür

Məktəbin direktoru 2016-2017-ci tədris ilində qazanılan uğurlar haqqında məlumat verdi. Əminliklə qeyd etdi ki, 600-dən yuxarı bal toplayaraq hazırda ali məktəblərdə oxuyan 3 nəfər məzunumuzun davamçıları bu dərs ilində də olacaqdır.
Tədris işləri üzrə direktor müavini –“ bu sətirlərin müəllifi Hacıbala Qasımov məzunlarla keçirilən görüşün məktəbdə keçirilən digər tədbirlərdən fərqli olaraq şagirdlərin yaddaşında uzun müddət qalacağından və əhəmiyyətindən danışdı. O həmçinin Diyallı kənd tam orta məktəbinin son 5-6 ildə qazandığı yüksək nəticələri əvvəlki illərlə müqayisə etdi. Qazanılan uğurların ildən-ilə daha da artacağını qeyd etdi. Müəllimlərdən M.Tapulov, A.Pənahov, Y.Alıyev, G.Məmmədova, G.Rüstəmova, G.Tapulova, S.Kamilova çıxış edərək tələbələrə tövsiyə və tapşırıqlarını verdilər, onlara təhsildə və həyatda uğurlar arzuladılar. Məzunlardan Ayşə Qəniyeva, Xəyalə Əlizadə, Aysel Qasımova, Nigar Şıxıyeva, Xəyyam Şərifli, Xoşqədəm Hacıbalazadə, Cavid Hacıbalazadə, Eltun Qinyətov, Rahil Əliyev, Rəşad Fərzalıyev, Yusif Tapulov, Səid Şəfaqətov, Pünhan Şəfaqətov, Anar Möyliyev, Mehrac Nuğayev, Məhəmməd Abdurrahmanov, Aysel Fərzalıyeva və başqaları çıxış edərək müəllimlərinə təşəkkürlərini bildirməklə yanaşı, öz gələcək planları haqqında məlumat verdilər. Davamçıları olan IX-XI sinif şagirdlərinə dəyərli məsləhətlərini verdilər.
Gənc müəllimlərdən Günay Rüstəmova və Günel Tapulova məzunlara xoş fikirlərini, təbriklərini çatdırdılar.
Tədbirin sonunda məktəbin istedadlı şagirdlərinin ifasında şerlər və mahnılar dinlənildi. Məktəbin III sinif şagirdi Nərminin gözəl rəqsi hamıya xoş ovqat bəxş etdi. Məzunlarla xatirə şəkilləri çəkildi. Г‡əkilən xatirə şəklində məzunlar onlarla bərabər məktəb direktoru Ş.Əhmədovanın olmasından qürur duyduqlarını bildirdilər. Onların fikri kimi desək, qazanılan uğurlarda məktəb rəhbərliyinin böyük əməyi vardır.
Hacıbala Qasımov,
məktəbinin tədris işləri üzrə direktor müavini

Şərh Yaz