Click here to move

Milli dəyərlər, innovasiya, təhsildə dəyişikliklər və onun inkişafı

İsmayıllı təhsilinin son illərdəki nailiyyətləri göz qabağındadır. Statistik məlumatlara görə rayonumuz təhsil sahəsində respublikada ön yerlərdən birini tutur. Bu nailiyyətlərə rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin elmə, təhsilə müsbət münasibəti, bacarıqlı, öz işinin ustası olan müəllim ordusunun səyi nəticəsində nail olmuşuq.Milli dəyərlər, innovasiya, təhsildə dəyişikliklər və onun inkişafı
Milli dəyərlər, innovasiya, təhsildə dəyişikliklər və onun inkişafı
İsmayıllı müəllimləri elmi potensialını və gücünü bir daha noyabr ayında keçirilmiş diaqnostik qiymətləndirmə imtahanlarında tamam sübut etdi.
Rayon təhsilinin inkişafında S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin də öz əməyi var. İsmayıllı RTŞ-nin təşəbbüsü ilə məktəbimizdə “Milli dəyərlər, innovasiya və təhsilin inkişafı“ mövzusunda elmi-praktik konfrans keçirilməsi kollektivdə böyük ruh yüksəkliyinə səbəb oldu.
Rayon Təhsil Şöbəsinin məsul işçiləri Hümbət Əsədov, Şəfaqət Rəsulov, Sədəf Mikayılova, Vəfa Ağayeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, rayon məktəblərinin müxtəlif fənlər üzrə müəllimləri və məktəbimizin pedaqoji kollektivi konfransda iştirak etdi.
İlk növbədə bir neçə sinifdə açıq –“ elektron dərslər keçirildi. İngilis dili müəllimi Fakizə Orucovanın X sinifdə “Uşaq hüquqları“, Г‡inarə Mirzəyevanın II sinifdə “Rəqəmlər və əşyalar”, biologiya müəllimi Kəmalə Həsənovanın VII sinifdə “Saf qurdlar tipi “, Gülnaz Nuriyevanın ibtidai sinifdə – riyaziyyatdan açıq dərsləri dinləyənləri razı saldı. Dərslərdə yeni texnologiyalardan, əyanilikdən, innovasiya üsullarından istifadə edildi.
Açıq dərslərin müzakirəsi keçirildi və müxtəlif mövzularda çıxışlar dinlənildi. İştirakçılar seminarın yüksək səviyyədə keçirilməsini vurğuladılar və məktəbdə aparılan elmi-metodik işlərin qənaətbəxş olduğunu bildirdilər.
Məktəbin psixoloq müəllimi Famil Səfərovun “Təhsilin müasir mərhələsində psixoloq işini necə aparmalıdır?”, təşkilatçı müəllim –“ bu sətirlərin müəllifi Əlisafa Muradovun “Multikulturalizm dəyərləri və təhsilin inkişafı” mövzusunda çıxışları dinlənildi.
Gəraybəyli kənd tam orta məktəbinin gənc fransız dili müəllimi Aygün Səfəralıyevanın “Təhsildə dəyişikliklər və innovasiya” mövzusunda çıxışı çox bəyənildi.
Uzun müddət Rayon Təhsil Şöbəsinin metodkabinetinə rəhbərlik edən metodiki işlərin rayon və respublika səviyyəsində yayılmasında xidmətləri olmuş Hümbət Əsədov seminarın yüksək səviyyədə keçirildiyini qeyd etdi. Bildirdi ki, Qubaxəlilli kənd tam orta məktəbinin də rayon təhsilinin inkişafında öz rolu var və bu sahədə işlər davam etdirilir.
Rayon təhsilinin inkişafında xüsusi xidmətləri olan, uzun müddət şəhər 1 nömrəli tam orta məktəbinin direktoru işləmiş, Əməkdar müəllim Şəfaqət Rəsulov seminarın və açıq dərslərin yüksək səviyyədə keçirildiyindən danışdı. O qeyd etdi ki, Qubaxəlilli məktəbinin nailiyyətləri rayonda, hətta respublikada da qiymətləndirilir. Məktəbin yetirmələri respublikada bir sıra yüksək vəzifələrdə çalışırlar.
ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri H.Kərimov da seminarın işini alqışladı və məktəbin işindən qururla danışdı.
H.Kərimov dərslərin yüksək səviyyədə keçirildiyini qeyd edərək müəllimlərdən Fakizə Orucovaya, Г‡inarə Mirzəyevaya və Kəmalə Həsənovaya RTŞ-nin, ATİAHİ İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanlarını və pul mükafatını təqdim etdi. Təliflər onu göstərdi ki, fədakarcasına, səylə işləyən müəllimin əməyi hər zaman qiymətləndirilir.
Məktəbin direktoru Ramiz Mustafayev elmi-praktik konfransın iştirakçılarına təşəkkür etdi və tədbirin Qubaxəlilli kənd tam orta məktəbində keçirilməsindən məmnunluğunu bildirdi.
Konfrans çay süfrəsi ətrafında işgüzar dioloq, şagirdlərin çıxışları və səmimi söhbət şəraitində başa çatdı.
Əlisafa Muradov,
S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin təşkilatı işlər üzrə direktor müavini

Şərh Yaz