Г‡ərşənbə axşamında “Г‡ərşənbəniz mübarək olsun!”(???)

Biz –“ bu məktuba imza edən İsmayıllı rayon sakinləri – hər birimiz yarım əsrdən çox ömür sürmüşük, hər birimiz azından 50 qış, 50 bahar yola salmışıq. Əksəriyyətimizin uşaqlıq və gənclik illərimiz Sovet dövrünə təsadüf edib. O dövrün müsbət tərəfləri barmaq sayına gəlməyəsi qədər çox idi. Ən azından bizim hər birimiz Sovet dövründə yaxşı təhsil almışıq, maddi çətinlik çəkmədən ali məktəb bitirmişik, təyinatla işə başlamışıq. Müsbət mənada anılası çox şeylər var o dövrdə, ancaq çatışmazlıqlar, mənfiliklər də az deyildi.Г‡ərşənbə axşamında “Г‡ərşənbəniz mübarək olsun!”(???)
Г‡ərşənbə axşamında “Г‡ərşənbəniz mübarək olsun!”(???)
Г‡ərşənbə axşamında “Г‡ərşənbəniz mübarək olsun!”(???)
Г‡ərşənbə axşamında “Г‡ərşənbəniz mübarək olsun!”(???)
Sovet dönəminin mənfi cəhətləriindən biri, daha doğrusu birincisi millətlərin millilikdən qoparılıb beynəlmiləlləşməsi ilə bağlı idi. O dövrdə bu istiqamətdə aşkar və ya gizli iş aparılır, milli adət-ənənələrin, milli bayramların keçirilməsinin qarşısına gözlə görünən və ya görünməyən sədlər çəkilirdi. Sovet hakimiyyətinin ilk illərində əsasən ittifaqa daxil olan müsəlman ölkələri üçün hesablanmış “allahsızlar cəmiyyətləri”, müsəlmanlara “könüllü” məcburiyyətlə verilən “allahsız” vəsiqəsi və sair insanların dini etiqadlardan uzaqlaşmasına hesablanmışdı. Müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bayramı dövlət səviyyəsində qeyd edilmirdi və buna yol da verilmirdi. İslamdan min illər öncə, heç bir dini inancın olmadığı bir əyyamda yazın gəlişini, torpağın oyanmasını, səpinin başlamasını insanlar bayram edərdilər. Novruz bayramı isə – Novruz fars sözü olub, “yeni gün” deməkdir- yazın gəlişi, qışın çətinliklərinin arxada qalması kimi qeyd olunurdu. Uzun qış yay, yaz və payız ayları boyunca toplanmış ehtiyatları tükətdiyindən insanlar yazın gəlişini səbirsizliklə gözləyərdilər. Təbiətin oyanması ilə torpaqdan cücərən növbənöv göyərtilər insanların ilk yaz nemətləri olardı. Ot-ələfi tükənmiş mal-qaranı da aclıqdan yazın gəlişi qurtarardı.
Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə İslamda qadağan olunan bir sıra ayinləri – odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramının əsaslarının Zərdüştilik və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən də odun müqəddəs sayıldığı ehkamlarda açıq-aydın görünür.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən- su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, baddan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa –“ cücərməyə, əkinə hazırladı.
Torpağa ilk toxum düşən gün bir el bayramına çevrilərdi. İnsanlar əkin sahəsinin yanına yığışar, çalıb oynayar, cütçü mahnıları oxuyardılar. İllər, əsrlər keçsə də insanların o günə baxışları dəyişmədi. Г‡ünki təbiət də milyon illər əvvəl olduğu kimi qalıb: dünyanın qışı yerində, yazı, baharı sırasında. Novruz da eləcə… Zaman keçdikcə bir az da genişlənib, əkinçi bayramı olmaqdan çıxıb yaza “xoşgəldin” gününə, bayramına çevrilib. Yazın müjdəçisi olan çərşənbələri də son on illiklərdə xalqımız bayram kimi qeyd edir və hər qeyd edilən çərşənbə ilə qışın çətinliklərinin bir az da arxada qaldığını, yazın nəfəsinin daha aşkar duyulduğunu hiss edərək daha çox sevinir.
Bəli, məhz çərşənbə günü, çərşənbələr də çərşənbə günü qeyd edilərdi. Hər 4 çərşənbədə axşam tərəfi hava azca qaralanda həyətlərdə çərşənbə tonqalları qalanardı, ailədə kim var –“ böyükdən-kiçiyə o tonqalın üzərindən atlanar, uca səslə “ağırlığım, qada balam bu tonqalda yansın” deyərdilər və əslində bununla qışın ağır yükünü atardılar.
Son bir neçə ildə nə səbəbdənsə çərşənbə tonqalları çərşənbə günü yox, bir gün əvvəl -çərşənbə axşamı yandırılır, xonçalar tutulur, tonqallar qalanır və televiziyaların böyük ekranlarından çərşənbə axşamı gün boyunca “ … çərşənbəniz mübarək” deyirlir. Bu hansısa bayram deyil ki, bir gün əvvəldən bayram axşamı deyib qeyd olunsun, bu GÜNDÜR – bir gün – Г‡ƏRŞƏNBƏ günü və qeyd olunan məhz o gündür, nə axşamı var, nə sabahı.
Ötən əsrin altmışıncı illərinin əvvəllərində Azərbaycanın qeyrətli oğlu, milli təəssübkeş, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləyən rəhmətlik Şıxəli Qurbanovun hədsiz fədakarlığı sayəsində bir neçə il ardıcıl olaraq dövlət səviyyəsində Novruz bayramı qeyd olunmuşdu –“ çərşənbələr çərşənbə günündə, Novruz məqamında.
Bəs indi – bayramlarımızı qeyd etməyə, necə, nə vaxt keçirəcəyimizə kimdənsə icazə almağa ehtiyac qalmadığı, milli adət ənənlərimizin müstəqilliyimizlə birgə millətimizin Milli sərvəti olduğu bu günlərdə niyə çaşmışıq: bilərəkdən, yoxsa anlamamaqdan! Hər il mart ayında “bəlkə bu il çərşənbənin xətrinə dəyilməyəcək” deyirik. Ancaq… yenə…
Г‡ərşənbə axşamını su, od, torpaq və külək çərşənbəsi kimi qeyd etməklə bunun belə olmadığını bilənləri narazı salıb, bilməyənlərə bunun belə olduğunu təlqin etməklə kimin dəyirmanına su tökürsüz, ay televiziya, mətbuat işçiləri?!
Valeh Salehov,
Dövlət qulluğu veteranı
Rasim Orucov,
Əməkdar müəllim
Şəfaqət Rəsulov,
Əməkdar müəllim
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz