Dağ çiçəkləri

Getdi daha

Yaman əydi məni dünya,
Düzəlməyim getdi daha.
Bulanmışam, durulmağım,
Süzülməyim getdi daha.
Dağ çiçəkləri

Dərd üzümü öpə-öpə,
Eləyibdi dərə, təpə.
Dağılmışam, ipə, sapa
Düzülməyim getdi daha.

Dumanın, çənin içində
Gənclik durub baxır gendə.
Bir gözəlin həsrətində
Üzülməyim getdi daha.

Ümid yoxdu o çağlara,
Odu sönmüş ocaqlara.
Yazılmamış varaqlara
Yazılmağım getdi daha.

Güntək yanıb yaxılmağım,
Bulud kimi sıxılmağım,
Fəsil-fəsil çoxalmağım,
Azalmağım getdi daha

Neçə vaxtda, neçə adda,
Yaşamaq varmış həyatda.
Zindan üstdə, çəkic altda
Əzilməyim getdi daha.

Aman, hansı yaşım gəlib?
Hansı ağlım, huşum gəlib?
Bəlkə də son qışım gəlib,
Yaz olmağım getdi daha.
Nazir Ziya Talıstanlı

Basıb

Dünya dönür div evinə,
Hər tərəfi dəli basıb.
Barlı bəşər bağlarını
Kin-küdurət seli basıb.

Bəla quşdur, kasıb dəni,
Yeyilməyən varmı yəni?
Kərkəs, quzğun dağ-dərəni,
Г‡aqqal, kaftar çölü basıb.

Gülün qoynu xarla dolub,
Göy zəmini tufan yolub.
Yazıq balıq məhkum olub,
Gölü ilan, zəli basıb.

Heç kim şəri əyə bilmir,
Ümid etsin nəyə, bilmir.
Heç “yandım“ da deyə bilmir,
Qorxu daştək dili basıb.

Allah, bir az aşağı düş,
Bu dərdləri bizlə bölüş.
Əfsanəyə dönür gülüş;
Yırtıcılar eli basıb.
Oqtay İsmayıllı

Qarğaların himni

Qara qarğa, boz qarğa,
Qondular bir budağa.
Sağsağandan danışıb,
Etdilər xeyli qovğa:
–“Sən bundakı hikkəyə,
Г‡ıxardığı səsə bax,
Coşğuya, həvəsə bax.
Qoymayır məhəl bizə,
Sığmır gecə, gündüzə.
Yaman soyuqdur, soyuq.
Görüşür gülə-gülə
Sığırçın, qaratoyuq
Sarıköynək, bülbüllə.
Özü yumruq boydadır,
Gündə neçə toydadır.
Gör necə də dik tutub
Quyruğunu oynadır,
Lap qanımı qaynadır.
Tökülüşüb cızdılar,
Ağır cəza yazdılar.
Qərar belə səslənsin:
–“ Sağsağanın quyruğu
Lap dibindən kəsilsin!
Xalıq Yusifoğlu

Məndən sonra

Mən gülüşün nə olduğun unutmuşam,
Gülüşümü qaytar desəm bacararsan?
Ağlamaqdan göz yaşımı qurutmuşam,
Sən ağlama, öz-özündən utanarsan,
Г‡alış üzün yenə gülsün məndən sonra.

Sən özünü yıxma belə, qırılarsan,
Bacarırsan bu fələyin yıx evini.
Г‡ox düşünmə keçmişini, yorularsan,
Elə sil ki, siləndə də arxivini,
Bir xatirən qala bilsin məndən sonra.
Elnarə Günəş

Vaxtsız qonaq

Yollarımda duman qatı,
Mənzilim də çox uzaqdı.
Bu zamanın köhlən atı
Elə bil ki, bir ulaqdı.

Hanı yazın çiçəkləri?
Ətir saçan ləçəkləri?
Mənə dəyən küləkləri,
Üzümə sərt şapalaqdı.

Payız üzü qışa gedir,
Ağlım çaşa-çaşa gedir.
Ayaqlarım boşa gedir,
Vallah, dünya başayaqdı.

Г‡ox yaxındır göylər mənə,
Nə istəsə eylər mənə.
Bulud karvan əylər mənə,
Ulduzlar da çılçıraqdı.

Uca dağlar qar gətirib,
Hüsnünə vüqar gətirib.
Duyğularım bar gətirib,
Meyvəsi varaq-varaqdı.

Bəxtim bürcdən-bürcə düşdü,
Yerim küncdən-küncə düşdü.
Süfrəmə bir xonça düşdü,
Baxıb gördüm boş tabaqdı.

Sərvətləri olsa taya,
Bu acgözlər çətin doya.
Eh, Cəbrayıl bu dünyaya
Vaxtsız gəlmiş bir qonaqdı.
Cəbrayıl Hüseyn

Qardaş

Dərdimin dərmanı, gözümün nuru,
Könlümün həyanı, diləyi qardaş.
Qəlbimin istəyi, dövləti, varı,
Ruhumun dayağı, köməyi qardaş.

Başımın şah tacı, dilimin sözü,
Dünyamın arzusu, canımın özü.
Qəlbimin aynası, gözümün gözü,
Hər an qardaşın da gərəyi qardaş .

Dərdi ürəyində yanana deyin,
Qəmin dəryasında donana deyin.
Sinəsi dağlanıb sınana deyin,
Qardaşdır bacının ürəyi, qardaş.

Həsrətin belini bükəndən bəri,
Gözümü yoluna dikəndən bəri.
Soldu çiçək ömrüm çəkəndən bəri,
Necə qınamayım fələyi, qardaş?

Bu necə yazıydı, pozan olmadı,
Bu necə yuxuydu, yozan olmadı.
Dünyanı tərsinə yazan olmadı,
Tutulan nitqimin mələyi qardaş.
Nailə Yırğançaylı

Həyadan dinmirəm

Mənim qismətimi yazanda yəqin,
Allahın qəzəbli vaxtına düşüb.
Harda mərdimazar, kobud, dəli var,
Nədənsə hamısı bəxtimə düşüb.

Kimə “Can!” – deyirəm canımı alır,
Azarım həkimdən, xocadan gəlir.
Bir az üz verdiyim başıma çıxır,
Qapıdan qovuram, bacadan gəlir.

Dəli ağıl verir, kor yol göstərir,
Öz izi olmayan yeriş öyrədir.
Tülkülər aslana cəsarət verir,
Qoyunlar çobana örüş öyrədir.

Həyadan dinmirəm, susub dururam,
Deyirlər: Dili yox, vur təpəsindən.
Bir gün imansızca bu dinsizlərin
İnşallah, tökərəm qır təpəsindən.
Turac Hilal

Sən dərya ol, üzüm mən

Sən dərya ol, üzüm mən,
İşim yoxdu dayazla.
Asiman ver, süzüm mən,
Yollarımı bəyazla.

Ver ömrümə işıq, nur,
Günəşim ol, cilvələn.
Sevən adam mərd olur,
Əzəmətlən, zirvələn.

Ürəyimə təpər ol,
Tellərimə sığal çək.
Düşmənimə sipər ol,
Alınmaz bir qala tək.

Bacarmasan, qəm verib,
Uzaqlaşıb, itərsən.
Həsrət kimi göyərib,
Ürəyimdə bitərsən.
Xatın

Azərbaycan

Göylərində çən olaydım,
Düzlərində dən olaydım,
Sənə dönüb sən olaydım,
Ana Vətən, Azərbaycan!

Bu dünyanın naxışısan,
Gözlərimin baxışısan,
Ümid, sevgi işığısan,
Ana Vətən, Azərbaycan!

Ən əzizim, müqəddəsim,
Ürəyim, canım, nəfəsim.
Sənlə olsam, susmaz səsim,
Ana Vətən, Azərbaycan!

İliyimdə, qanımdasan,
Şöhrətimdə, şanımdasan.
Anam kimi, yanımdasan,
Ana Vətən, Azərbaycan!

Başında çox bəlan olmuş,
Torpaqların talan olmuş.
Dönəcəkdir olan-olmuş,
Ana Vətən, Azərbaycan!
Gülxar Cəbiqızı

Görmüşəm

Tamahın üstündən adlayıb keçən,
Gözü tox, qarnı ac insan görmüşəm.
Tənbəlin canını odlayıb keçən,
Г‡ətin işləri də asan görmüşəm.

Mərdin geniş olar bil ki, ürəyi,
Haqdan halal gələr, suyu, çörəyi.
Kimsəylə yox işi, yox bir gərəyi,
Namərdi qapılar pusan görmüşəm.

Ağıldır, kamaldır insan sərvəti,
Axtarma dünyada varı, dövləti.
İnsanın insana yoxsa hörməti,
O yerdə hər şeydə nöqsan görmüşəm.

İsməti, həyanı üstün tutanı,
Ağılla məqsədə gəlib çatanı,
Dar gündə haraya, haya yetəni,
Əbədi yaşadar ad-san görmüşəm.
Mehriban İbrahimova

Apar

Güldürüb ağladan dünya,
Gəl məni illərdən apar.
Ürəyimin həsrətini,
Nəğməmi dillərdən apar.

Beş arşındır en-uzunu,
Bürü cismimə bezini.
Dolaşdığım dağ-düzünü,
Ətrimi güllərdən apar.

Haqqı girov alırsan, al,
Sən əbədi qalırsan, qal.
Yol üstəyəm, gəl yola sal,
İzimi çöllərdən apar.

Həyat atılan zərdisə,
Şeşi-beşi hədərdisə,
Tilovunda bəşərdisə,
Sonamı göllərdən apar.

Qəlbimə gir, ünümə bax,
Yaxşı-yaman günümə bax.
Saçlarımın dəninə bax,
Qarasın tellərdən apar.

Bəşər belə bəşərdisə,
Mərdi az, çoxu şərdisə,
Axırıncı səfərdisə,
Xeyirxah ellərdən apar.
Murad Məhərrəmov

Kaş

Kaş yanında olaydım,
Əllərim əllərində,
Özüm səndən uzaqda,
Xəyalım ellərində.

Kaş ki, bir quşa dönüb,
Uçaydım başın üstə.
Kaş ki, sənlə bir qədəm,
Qoyaydıq daşın üstə.

Vardır Haqqdan diləyim,
Sən ey arzu mələyim.
Olmaz daha gileyim,
Qarın-yağışın üstə.

Nə desən: “Can!” – deyəcəm,
Canı qurban deyəcəm.
Hər vaxt, hər an deyəcəm,
Yaş gəlsə yaşın üstə.

Elə sev ki, Solmazı,
İnci-dürrü, almazı,
Gəlsin baharı, yazı,
Qalmasın qışın üstə.
Solmaz Şirvanlı

Demədimmi

Hara gedirik belə, bilmədən nə durumdu,
Dünya necə dünyadı, qurum necə qurumdu?
Yersiz təsəlli etmə, görəndə uçurumdu,
Səni arx aparırsa, seldi, sel – demədimmi?

Dayan, çalma ilantək hər qarşına çıxanı,
Г‡ox görmüşük sonunu könülləri yıxanın.
Bir aydın işıq görüb ona qara yaxanın,
Üzünə qara gəlsin, başa kül – demədimmi?

Köhnələn əşya kimi atılıbdır ləyaqət,
Г‡ox adamda qalmayıb köpək çalı sədaqət.
Ətri təravətsə də, acı olur həqiqət,
Tikanlar batıracaq qızılgül – demədimmi?

Lüzum yoxdu düşmənə, çalış dostun yüz olsun,
Qur-yarat, səndən qalan bir yadigar iz olsun.
Son nəfəsdə torpağa qayıtmağa üz olsun,
Sağ ikən qur axirət, son mənzil – demədimmi?
Tərlan Saleh

Dost

Toxunma qəlbinə dostun, yoldaşın,
Dost tapmaq çətindir, itirmək asan.
Göynəsə ürəyin, ağrısa başın,
Yanında hər zaman olacaq həyan.

O, güzgü kimidir sənin əlində,
Səhvini söyləyər yeri gələndə.
Ürəyi açılar üzün güləndə,
Xoş gündə həmdəmdir, dar gündə yanan.

Г‡alış ki, heç zaman qırma bir ürək,
Г‡ətindir qırılan qəlbi düzəltmək.
Vəfalı dostları qoruyaq gərək,
Yaxşısı verəndi canını qurban.

Dost sözü hecaya bölünən deyil,
Həyatdan, ömürdən silinən deyil.
Əsil dost qiyməti bilinən deyil,
Unudulmaz olur o, zaman-zaman.
Xuraman Baxış

Mollaisaqlı

“Narlı dərə”, “Səsli qaya”, “Bəd dərə” –
Dağların qoynunda çəkib mənzərə.
Səni tərifləsəm gündə yüz kərə,
Olaram hər zaman sözümdə haqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

Yol alıb gedəndə doğma obaya,
Verir elə xəbər, bu “Səsli qaya”.
“Narlı dərə” gülü-məlhəm yaraya,
Taxıl zəmilərin sünbül daraqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

Min əsrin tarixi “Qurd dərəsi”ndə,
Türk qəbri dağların əhatəsində.
Ata-babaların hər kəlməsində,
Durub keşiyində mərdlər yaraqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

“Duzlu bulaq”, “Qoşa təpə”, “Güney pir”,
Qalıb səndə açılmayan neçə sirr.
Hüsnünə salmışam ömürlük mehir,
Tarixdən ulusan, sirli-soraqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

Sən İsmayıllının ən əzəl kəndi,
Bir yanın günəşdi, bir yanın çəndi.
“Manafday” körpüsü, “Qız bulaq” bəndi,
Qızların lalətək xallı yanaqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

“Duz bulağ”ın suyu canlara dərman,
Hər yanı qızılgül, örpəyi duman.
Qartal caynağından sovuşar ceyran,
Süfrəsi həmişə dostlu, qonaqlı,
Ay gözəl diyarım – Mollaisaqlı.

Burda igidlərin dönərək nərə,
Vurub erməniyə damğa “Şıx dərə”.
Rafiq burda tapır hicrana çarə,
Tarixə sığmayan yaşın maraqlı,
Sən gözəl diyarım – Mollaisaqlı.
Rafiq Məmmədov

Mənim arzularım

Mehdən xumarlanıb, şehdən islanan,
Г‡içəklər açacaq yenə bu bahar.
Köçəri quşlara qoşulub gələn,
İrili-xırdalı arzularım var.

Vətən azad olsun –“ baş arzum budur,
Mən onda görürəm şöhrəti, şanı.
Mənim əsgər oğlum, qalx, ayağa dur,
Deyib-gülən görək bu il Şuşanı.

Yeri yaxşı şumla, əkinçi qardaş,
Torpağa bol məhsul verən toxum səp.
Bitsin qələbəylə başlanmış savaş,
Düşmən baxammasın bir də bizə çəp.

Vətən başdan-başa geysin al-əlvan,
Bəxtəvər böyüsün körpə balalar.
O qədər artsın ki, eldə toy-nişan,
Mağar yeri olsun düzlər, talalar.

İlhamla yol gedək gələn sabaha,
Mehriban olaq ki, Haqq sevsin bizi.
Umu-küsüləri unudaq daha,
Sevək canımıztək Vətənimizi.
Şərqiyyə Balacanlı

Dünya

Hər cür oyun açdın dogulan gündən,
Gör, nələr gətirdin başıma, dünya?
Mənə qəsd eylədin yaxından, gendən,
Bircə yol baxmadın yaşıma, dünya.

Bir doyunca yar sevgisi görmədim,
Daraq çəkib tellərini hörmədim.
Ömrü boş-boşuna, yelə vermədim,
Zəhər qatdın hər an aşıma, dünya.

İllər boyu bir gözəli aradım,
İstəyinə, arzusuna yaradım.
Allah, “Onu saxla”, – deyə yalvardım,
Güldün gözdən gələn yaşıma, dünya.

O, güldodaq, o, alyanaq qız idi,
Yaraşıgı bir silinməz iz idi.
Başdan-başa sər-kamalı düz idi,
Heyf ki, sədd çəkdin qarşıma, dünya.

Görən deyir: “Şair, nə tez qocaldın?”
Düşməyir dilimdən heç zaman adın.
Hanı Zemfira tək bir gözəl qadın,
Kim baxacaq məzar daşıma, dünya?

İldırım, yanmağın daha əbəsdir,
Can bildiyin boş, quru bir qəfəsdir.
Sənə qalan tək aldığım nəfəsdir,
Gör nələr çixartdın qarşıma, dünya?
İldırım Dəmirli

Yaşaya bilirsən yaşa əllini

Bu vaxtadək doğum günü barəsində düşünməmişdim. 50 iliyimi belə xatırladım

Yeri yumşaq olan qəlbdi, ürəkdi,
Yazmaq istəməzdim daşa əllini.
Г‡oxdur deyə bu say barmaq sayından,
Başa salmaq olmur çaşa əllini.

Haqqın ətəyidir, Haqqın əlidir,
Tutub yapışdığım aşkar, bəllidir.
Mənimçün yüz yüzdür, əlli əllidir,
Qoymuram dəyərdən düşə əllini.

Г‡iynimə dərd-qəmdən bağlayıb şələ,
Nələr yaşamışam yol gələ-gələ.
Ömürdən gedəni mən bilə-bilə,
Г‡atdırıram sona, başa əllini.

Verdi qərarı dərd, hökmü azar da,
Bağlarda olmadı heyva da, nar da.
Əlimdən əlini çıxartdı darda,
Yaşaya bilmədim qoşa əllini.

Yola salsam belə, çoxlu sayda il,
Yüzün eşqi ilə aşıb-daşır dil.
Arzular dil açır, deyir, ey könül,
Yaşaya bilirsən yaşa əllini.
Tamam Nur Tağlabiyanlı

Şərh Yaz