Tariximizin ən ağır günü

Mücühəftəran kənd tam orta məktəbində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasim keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tariximizin ən ağır günü
Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zahir Məlikov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ermənilər xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, vandalizm aktı həyata keçiriblər.
Daha sonra çıxış edən müəllimlər də əsir, girov və itkinlərlə bağlı həqiqətlərdən söz açaraq, bu dəhşətli faciəni törədənləri lənətləyiblər. Xocalı soyqırımını 20-ci əsrin ağlasığmaz vəhşilikləri ilə hələlik cəzasız qalan hərbi cinayət olduğunu bildiriblər.
Sonda məktəblilərin ifasında “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Elnarə Qasımova

Şərh Yaz