Yaddas kitabcasi

Təşəkkür məktubu

Həyat gözlənilməz hadisələr, arzuolunmaz qəzalarla sanki bizi sınağa çəkir. Davamlı maarifləndirməyə baxmayaraq tez-tez ehtiyatsızlıq üzündən qəzalar baş verdiyini eşidir, bəzən isə özümüz müxtəlif çətinliklərə düşürük. Nə yaxşı ki, belə hadisələr baş verdikdə nəcib insanlar, xüsusilə də həkimlərimiz köməyə gəlir və böyük bir bəlaların qarşısı alınır. Təşəkkür məktubu
2017-ci ilin 26 fevral tarixində 15 yaşlı nəvəm Lida Baxışova hamamda dəm qazından zəhərlənmişdi. Belə ki, həmin günü güclü külək olduğundan, qaz sobasından çıxmalı olan zəhərli havanın içəri qaytarması nəticəsində ailəmiz üçün çox ağır hadisə baş vermişdi. Nəvəmi ağır vəziyyətdə təcili yardım maşını ilə İsmayıllı şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq.
Reanimasiya şöbəsində edilən ciddi və davamlı təcili yardımdan sonra həkimlərin səyi nəticəsində nəvəm həyata qaytarıldı. Hadisədən bir neçə gün keçib. İllər keçsə də biz onların bu fədakarlığını unutmayacağıq.
Ailəmiz adından xəstəxananın həkim briqadasına, tibbi və texniki sahəsində çalışan heyətin hər bir üzvünə, həmçinin belə çətin məqamda bizə köməyi keçən bütün qohum və qonşularımıza dərin minnətdarlığımı bildirirəm.
Ərzuman Baxışov,
şəhər sakini

Şərh Yaz